BAKI AXŞAMA HAZIRLAŞIR: Anbarlar açılıb, maşınlar startda gözləyir, yarım saatdan bir meriya ilə əlaqə saxlanılır


BAKI AXŞAMA HAZIRLAŞIR: Anbarlar açılıb, maşınlar startda gözləyir, yarım saatdan bir meriya ilə əlaqə saxlanılır

Hidrometeroloji proqnozlar bu gün axşam saatlarında Bakıya sulu qar yağacağını göstərir. 

Proqnozlar eyni zamanda Bakının qışa hazırlığının hansı səviyyədə olması ilə bağlı müzakirəyə səbəb olub. 

Ötən illərin təcrübəsində paytaxtın qarlı qış günlərində üzləşdiyi bir sıra problemlər bu il də belə müzakirələri vacib edib.

Qarın yağacağı xəbəri ilə Bakı Şəhər İcra Hakimiyyəti də texnikalarını hazır vəziyyətə gətirib. 

Cebhe.info-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təminat İdarəsinin rəisi Mübariz Hüseynov deyib ki, əgər qar yağarsa, gecə saatlarında yollarda duzlama işləri həyata keçiriləcək:

“Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təminat İdarəsinin balansında 50-yə yaxın qış texnikası var. Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin verdiyi məlumata görə, bu gün günün ikinci yarısında başlıyacaq yağışların sulu qar və qara çevrilmək ehtimalı var. Ona görə də 50-yə yaxın qış texnikası hazır vəziyyətdə düzülüb, növbəli iş rejimi təşkil edilib və bütün Bakı şəhərinin inzibati ərazisi üzrə məsul şəxslər təyin olunub. Onlar bu gün səhərdən şəhərdədilər. Hər yarım saatdan bir idarə və BŞİH ilə əlaqə saxlayırlar. Əgər axşam saatlarında qar yağmağa başlayarsa, bütün duz yüklü texnikalarımız ərazidə olacaq və gecə saatlarında yollarda duzlama işlərinə başlanılacaq ki, səhər insanlar işlərinə rahat gedə bilsinlər. Axşam saatlarında bizim duz yüklü texnikaları şəhərdə müşahidə edə bilərsiniz. Əgər qar yerdə qalarsa və buzlaşma olarsa, dərhal duzlama əməliyyatına başlayacağıq. Biz ancaq texniki duz vasitəsi almışıq və 4000 tondan duzu anbarlara yığmışıq. Bunlar Bakı şəhəri üçün kifayət edir. Çünki bizimlə paralel Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) də texnikaları cəlb olunacaq. Heydər Əliyev prosopekti, Tibilisi prospekti kimi ərazilərdə Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları işləyəcək. Biz Bakı şəhərinin 12 rayonuna cavabdehik”. 

Tarix: 24-01-2020, 16:31
Xəbəri paylaş





Xəbər lenti