Bakı Nəqliyyat Agentliyinin özünü cərimələdilər

Bakı Nəqliyyat Agentliyinin özünü cərimələdilər



Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxsi gömrük bəyamnaməsini təqdim etməməsinə görə bu dəfə özü cərimələnib.

EkoNews Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edib.

Nərimanov Rayon Məhkəməsində verilən 9 yanvar 2020-ci il tarixli qərardan BNA narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya isə öz növbəsində bu qərarın dəyişdirilmədən saxlanılmasına qərar verib.

Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.
Tarix: 24-01-2020, 22:52
Xəbəri paylaş





Xəbər lenti