Çingiz Qənizadəyə Beyləqanda etiraz - Vətəndaşlar görüşünə çıxmadılar


bitmap-img6




80 saylı İmişli-Beyləqan seçki dairəsindən “özünü buraxan” deputatlığa namizəd Çingiz Qənizadə Beyləqanda şok yaşayıb. 

AzFakt.com-a Beylqəndan verilən məlumata görə, bu gün Şərq qəsəbəsinə vətəndaşlarla görüşə gələn Çingiz Qənizadə kənd sakinləri tərəfindən baykot edilib. 

Belə ki, bir yerə yığışan kənd sakinlərinə yaxınlaşan Çingiz Qənizadə şok yaşayıb. Şərq qəsəbə sakinləri “özünü buraxan” deputata etiraz olaraq görüş yerini kütləvi şəkildə tərk ediblər. 

Sakinlərdən bir neçəsi Çingiz Qənizadəyə "Yenidən hansı üzlə deputat olmaq istəyirsən" sualını versələr də, namizəd sakinlərin suallarını cavabsız qoyaraq, ona sürücülük edən İkinci Şahsəvən bələdiyyə sədri Elburus İbrahimovla birlikdə kənddən gediblər.
Tarix: 25-01-2020, 21:56
Xəbəri paylaş





Xəbər lenti