Paşinyan Ermənistanı böyük məğlubiyyətə hazırlayır

 


Hər an aprel döyüşləri kimi yeni toqquşma baş verə bilər

Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin Madrid prinsipləri ilə həllinin bir sıra detallarını açıqlaması erməni ictimaiyyətində şok effekti verib.

İstiPress-in məlumatına görə, məsələyə məqalə həsr edən bəzi erməni jurnalistlər Serj Sarkisyanın danışıqların gedişində Dağlıq Qarabağ ətrafındakı 7 rayondan - Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Kəlbəcər və Laçın rayonlarından Ermənistan ordusunun və həmin rayonlara məskunlaşdırılmış ermənilərin çıxarılmasına razılıq verməsindən sarsılıblar.

Məsələn, “ArmenianReport”da məsələ ilə bağlı dərc olunmuş məqalənin müəllifi Ambarsum K. hiddətlə qeyd edib: «O (Serj Sarkisyan - red.) təslim olmağa hazırlaşırmış. Ermənistanın üçüncü prezidentinin planlarının mahiyyətini xarakterizə edə biləcək başqa, daha dəqiq bir termin yoxdur. Bunu eşitdikdən sonra duşa getmək və bütün bu çirkabı yuymaq istəyirsən. Çünki  özünü əvvəlki hökumətin yalanları və rişxəndi ilə murdarlanmış hiss edirsən”.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Bu tipli məqalələri erməni mətbuatında onlarla saymaq olar. Və bu, başa düşüləndir. Serj Sarkisyan danışıqlarda Madrid prinsitpləri ilə razılaşsa da, daxili siyasətdə Qarabağ klanının hakimiyyətini qorumaq üçün danışıqlar prosesinin predmetini xalqdan gizlədirdi və erməniləri hərbi yolla işğal etdikləri ərazilərin əbədiyyət boyunca onlara qalacağına inandırmışdı. Hətta gənclərə “biz Qarabağı geri aldıq, siz də Van gölünü və Ağrı dağını geri almalısınız” deyə reallıqdan uzaq “nəsihətlər” edirdi. Siyasətdən uzaq, bir tikə çörək üçün vuruşan qara camaat da Qarabağ klanının bu uydurmalarını paranoik şəkildə mənimsəyirdi. Jurnalistlər də ya xalq kimi məsələdən xəbərsiz idilər, ya da ki, bilərəkdən Qarabağ klanının istədiyi kimi yazırdılar.        

Amma bu məsələdə təəccüblü ondadır ki, illərdir siyasətlə məşğul olan, hətta “bərabər dövlət” prinsipi ilə Dağlıq Qarabağı bütünlüklə Azərbaycana qaytarmaq istəyən Levon Ter-Petrosyanın yaxın əhatəsində olmuş Nikol Paşinyan da Qafan şəhərindəki çıxışında bunu az qala xəyanət kimi təqdim edirdi? Yəni Ermənistan baş naziri doğrudan da anlamır ki, Madrid prinsiplərinin Sarkisyanın tələb etdiyi varinatla razılaşmaq Azərbaycan üçün böyük məğlubiyyət - Dağlıq Qarabağın itirilməsi, Ermənistan üçünsə böyük qələbə deməkdir? Azərbaycanın bu həll varinatını məhz Sarkisyanın istədiyi kimi qəbul etməməsinin səbəbi də elə budur. Azərbaycan Dağlıq Qarabağın statusu ilə bağlı referendumun Helsinki Xartiyasına uyğun olaraq bütün Azərbaycanda keçirilməsini istəyir, Sarkisyanın komandası isə bunu hətta azərbaycanlı qaçqınları geri qaytarmadan Dağlıq Qarabağın erməni əhalisi arasında keçirməyi tələb edirdi. Hər iki varianta başlamazdan öncə isə Ermənistan ordusu və sonradan məskunlaşdırılmış erməni əhali yuxarıda bəhs edilən 7 rayonun ərazisini tərk etməlidir.    

Üzeyir Cəfərov - hərbi ekspert
Üzeyir Cəfərov - hərbi ekspert

Azərbaycanlı hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun İstiPress-ə bildirdiyinə görə, Paşinyan, təbii ki, bütün bunlardan xəbərdardır, amma bununla belə, bu faktdan əsas rəqibi Serj Sarkisyana divan tutmaq üçün istifadə edir: “Təbii ki, Paşinyanın hər şeydəni xəbəri var. Sadəcə, bu cür avantürist və poppulist bəyanatlarla Sarkisyana zərbə vurur və əsas rəqibini məhv etməyə çalışır. Onsuz da o bilir ki, Qarabağ məsələsini Ermənistan yox, Rusiya həll etməlidir. Əgər sabah Rusiya Paşinyandan həmin rayonlardan Ermənistan ordusunu çıxarmağı tələb etsə, o, dinməz-söyləməz əməl edəcək. Hələ ki, ATƏT-in Minsk qrupuna da, Rusiyaya da danışıqlar prosesinin bu cür getməsi əl verir. Paşinyan da bundan istifadə edərək vaxt udmaq, hakimiyyətini növbəti parlament seçkilərinə qədər uzatmaq istəyir”.

Lakin Üzeyir Cəfərovun fikrincə, böyük ehtimalla, Paşinyan bu istəyinə nail ola bilməyəcək: “Əvvələ, 2016-cı ildə baş vermiş aprel döyüşləri kimi bir toqquşmanın təkrarlanması ehtimalı çox böyükdür. Paşinyan ordunu 1980-ci illərin silahlarından xilas etməsindən, 2019-cu ilən silahları ilə təchiz etməsindən çox basıb-bağlayır. Amma əslində isə, təmas xəttinə xeyli snayper gətiriblər və yəqin ki, Paşinyan daxili siyasətdə azalan reytinqini qaldırmaq üçün onlardan istifadə etməyə çalışacaq. Təbii ki, Azərbaycan buna adekvat cavab verəcək və nəticə Ermənistan üçün aprel döyüşlərindən qat-qat ağır olacaq, nəticədə o, hakimiyyətdən gedəcək. Əgər bu, baş verməzsə, Qarabağ münaqişəsi bu cür qeyri-müəyyən davam edərsə, Ermənistan miqrasiyanı dayandıra bilməyəck, Paşinyanın vəd etdiyi repatriasiya da baş tutmayacaq - heç kim övladını hər an müharibə gözlənən ölkəyə qaytarmaz. Mən Ermənistanın miqrasiya rəqəmlərinə baxmışam - dəhşətlidir, bu, Ermənistanın böyük məğlubiyyətinin ilkin göstəriciləridir”,- deyə Üzeyir Cəfrov vurğulayıb.

Hərbi ekspertin sözlirini Ermənistan miqrasiya xidmətinin bu yaxınlarda açıqladığı rəqəmlər də təsdiqləyir. Həmin rəqəmlərə görə, hər il Ermənistan əhalisinin 1%-i, yəni 30 minə qədər adam Ermənistan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığına keçir. Başqa ölkələrdən vətəndaşlıq alanları da buna cəmləyəndə rəqəm yetərincə böyüür. Ermənistan vətəndaşlığından imtina edənlər əsasən gənclər olduğunu gördükdə, bu ölkəni gələcəkdə demoqrafik baxımdan böyük fəlakətlərin gözlədiyini anlamaq olur.

Tarix: 27-01-2020, 20:46
Xəbəri paylaş





Xəbər lenti