Siam.az xəbər verir ki, bunu politoloq Ceyhun Əhmədli deyib. Onun sözlərinə görə, Paşinyanın bir neçə gün əvvəl qondarma rejimin rəhbərliyinə müraciətində Madrid sənədlərini yenidən gündəmə gətirməsi də bu zərurətdən qaynaqlanır:
“XİN rəhbərlərinin Cenevrə görüşündən əvvəl Paşinyanın Dağlıq Qarabağa səfər edərək separatçıların rəhbəri ilə görüşməsi də əlbəttə ki, təxribat xarakterli addım kimi qiymətləndirilə bilər. Paşinyan sanki görüşdən əvvəl Saakyanı əmin etmək istəyir ki, qondarma rejimin razılığı olmadan heç bir sənədə qol çəkilməyəcək. Ermənistan baş naziri bununla həm də qorxaqlığını nümayiş etdirir. Görünən odur ki, hələlik Paşinyanın Qarabağ klanı ilə bağlı narahatlığı sovuşmayıb. Dağlıq Qarabağdakı qondarma rejim onun üçün böyük bir təhlükə mənbəyi olaraq qalır”.
Qeyd edək ki, bu gün Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edərək, orada qondarma qurumun “lideri” Bako Saakyanla bir araya gəlib, erməni əsgərlərinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.
Trend.az