Qarabağda barıt qoxusu

 

İşğalçı qəliz durumda: həm sülhdən çəkinir, həm də savaşdan qorxur; “Valday” klubunun eksperti: “Ermənilər Qarabağ uğrunda vuruşmağa hazır deyil”; “Müharibə və bədbəxtlik arasında seçim edən onların hər ikisini alacaq...”

Sirr deyil ki, 2019-cu il Azərbaycanın xarici və daxili siyasəti üçün xeyli dinamik oldu. Prezident İlham Əliyev bir neçə il öncə başladığı struktur və kadr islahatlarını ötən il daha da dərinləşdirdi və sürətləndirdi. Yerli və beynəlxalq müşahidəçiləri ölkə başçısı az qala hər ay öz yeni kadr təyinatları və sərəncamları ilə yaxşı mənada təəccübləndirdi. Parlamentin buraxılması və erkən seçkilərin keçirilməsi isə bu yöndə ilin son akkordu oldu. Təsadüfi deyil ki, Azərbaycandakı bu mühüm siyasi-iqtisadi və kadr gəlişmələri Qərb analitiklərinin də diqqətini cəlb elədi.

Avropanın “diplomatiya paytaxtı” sayılan Cenevrədə 2020-ci il üçün Qarabağ danışıqlarına start verildi. Bu dəfə müzakirələrin ard-arda 3 gün çəkməsi və intensivliyi ilə fərqləndi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əvvəlcə ayrı-ayrılıqda görüşdülər, sonra isə danışıqlar geniş tərkibdə davam etdirildi.

Azərbaycan Xarici İşlər Nazirliyi Cenevrə görüşünü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş kimi qiymətləndib. Sitat: “Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, habelə münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub”.

Minsk Qrupunun həmsədrlərinin Cenevrə ile ilgili görsel sonucu"

Minsk Qrupunun həmsədrlərinin Cenevrə danışıqları ilə bağlı bəyanatında da oxşar ifadələr yer alır və xalqları sülhə hazırlamağın zəruriliyindən danışılır: “Həmsədrlər və nazirlər 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər, nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələlərini müzakirə ediblər. Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllinə və nizamlama prosesinə kömək edəcəklərini ifadə ediblər”.

*****

Ancaq belə “gümrahlaşdırıcı” ifadələri əvvəllər də çox eşitmişik. Məsələ ondadır ki, xalqları sülhə hazırlamaq yolunda ilk addım rəsmi Bakının ötən il İrəvana təklif elədiyi və hələ də havada asılı qalan real təklifi - “Hamını hamıya” prinsipi əsasında əsir və girovların dəyişdirilməsi ola bilər. Hansını ki, Nikol Paşinyan hökuməti bu günədək qəbul etməyib. Daha doğrusu, buna siyasi cəsarəti çatmayıb. Bu harasıdır, xüsusən də Nikol Paşinyan və müdafiə naziri David Tonoyanın keçən il ərzində və Cenevrə görüşü ərəfəsində verdikləri təxribatçı bəyanatlar ən kövrək sülh ümidlərini belə basdırıb. Belə olan surətdə xalqlar, görəsən, hansı sülhə hazırlana bilər? 

Bu mənada əksər təhlilçilər Cenevrə görüşündən də pozitiv gözləntidə deyillər.

“Nazirlərin növbəti görüşü də heç bir pozitiv nəticəyə gətirməyəcək. Nədən ki, erməni tərəfi Bakının real nizamlanma prinsiplərinə əsaslanan şərtlərini qəbul eləməyə hazır deyil”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Valday” Beynəlxalq Diskussiya Klubunun eksperti Fərhad İbrahimov deyib.

i Nikol Paşinyan bu günədək ile ilgili görsel sonucu"

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu günədək problemin həllinə gətirə biləcək real plan təqdim eləməyib: “Yalnız gerçəkliklə heç bir əlaqəsi olmayan quru sözlər. Erməni baş nazirin ”Qarabağ klanı" ilə ciddi problemləri müşahidə edilir, hansı ki, açıq-aşkar ona qulaq asmaq niyyətində olmadığını göstərir. Ona görə də Paşinyan millətçi ruhda olan vətəndaşlar arasında da öz elektoratını itirməmək üçün zamanı uzatmaqla və vəziyyəti kəskinləşdirməklə problemi rezin kimi dartıb uzadacaq".

Ekspert hesab edir ki, üzücü münaqişənin hərbi ssenari üzrə həllinə Ermənistanda yalnızca sözdə hazırdırlar: “Gerçəkdə isə heç kim bunda maraqlı deyil. Çünki hamı Azərbaycanın və onun ordusunun hazırda necə güclü olduğunu və bunun nələrə gətirə biləcəyini başa düşür. Mnatsakanyan ola bilsin, həm Bakını, həm də İrəvanı qane edən həll variantına razı olardı, ancaq o, heç nəyi həll eləmirr”.

*****

Bu xüsusda Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Samvel Babayanın sözləri də diqqət çəkir və ermənilərin sülhü necə təsəvvür etdikləri haqda qənaətləri möhkəmlədir. Onun fikrincə, Ermənistan “Madrid prinsipləri”nin sözlərinə bağlı qalmamalıdır (Axar.az). Babayan məhz Paşinyanın hakimiyyətə gəlməsinin Sərkisyanın Azərbaycana işğal olunmuş torpaqları qaytarmağına mane olduğunu bildirib.

“Bu gün Ermənistandan Serjin dövründə olanlar tələb edilir. Yəni 7 rayonun - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının qaytarılması və qaçqınların geri qaytarılması. Əgər Paşinyan Sərkisyanın irsi nöqteyi-nəzərincə danışıqlar prosesini davam etdirirsə, o, kapitulyasiya imzalayacaq. Digər tərəfdən, əgər o, danışıqlar prosesindən imtina etsə, bu, Azərbaycan hakimiyyəti ilə keçmiş razılaşmadan imtina etmək anlamına gələcək və müharibəyə gətirib çıxaracaq. Hər iki ssenari ermənilər üçün qəbuledilməzdir”, - deyə o əlavə edib.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ile ilgili görsel sonucu"

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə Qarabağ məsələsi ətrafında son durum, sülh və müharibə perspektivləri ilə bağlı özünün Facebook səhifəsində belə yazıb: “Paşinyan hərbi əməliyyatların bərpasını qaçılmaz edib - bu, faktdır. Qalır bircə bunun nə vaxt baş verəcəyi. ”Valday"dan sonra Sergey Lavrovun imitasiyalı danışıqlar prosesini bərpa eləmək yönündə son cəhdi tam fiasko ilə bitdi. Danışıqlara dair sənədi açıqlamaqla və işğal altındakı əraziləri qaytarmaq istəməməsi, aparılan etnik təmizləmənin nəticələrini aradan qaldırmaq istəməməsi ilə bağlı mövqeyini təsdiqləməklə o, Azərbaycan üçün siyasi nizamlamanı mənasız edib. Qədim hikmətli ifadədə deyildiyi kimi, “Müharibə və bədbəxtlik arasında seçim edən onların hər ikisini alacaq...”

*****

Beləcə, işğalçı ölkə özünü qəliz duruma salıb: həm sülhdən qorxur, həm də müharibədən. Müharibənin “fitili” isə çəkilmiş kimi görünür. Qarabağ səması üzərində barıt qoxusu güclənir.../“Yeni Müsavat”/


Tarix: 1-02-2020, 09:23
Xəbəri paylaş





Xəbər lenti