“Gözünüzü Kəlbəcərdən çəkməyin- Qarabağda vəziyyət hədsiz gərgindir...”


“Paşinyan Kəlbəcərə yalnız oğluna dəymək üçün gəlməmişdi...”




“Qarabağda potensial olaraq “ikinci erməni dövləti”nin içəridən partlaması ilə  nəticələnə biləcək yeni proseslər başlayır. Bütün bunlarda Ermənistan Respublikasının bəzi yüksək vəzifəli məmurlarının və burada fəaliyyət göstərən şəbəkələrin rolu böyükdür”

Moderator.az xəbər verir ki,  Rusiyadakı erməni nəşrlərinin yaydığı məlumata görə, bu fikirləri qatı Azərbaycan və Türkiyə düşmənçiliyi ilə seçillən erməni politoloq, “Voskanapat” analitik mərkəzinin rəhbəri Qrant Melik-Şahnazaryan öz “Facebook” səhifəsində yazıb.

“Bir neçə gün əvvəl Paşinyanın Kəlbəcər  bölgəsinə yalnız oğlu Aşotu görmək üçün getdiyinə şübhəm var. “Oğluna dəymək” poqoslara(adi ermənilərə-S.L.) təqdim olunan bir bəhanədir. Daha vacib olan şey müəllimin orada kimlərlə görüşməsi məsələsidir. Bir sözlə, “Artsax Respublikasının Şaumyan(Kəlbəcər-S.L bölgəsindən) gözlərinizi çəkməyin...”- deyə Q.Melik-Şahnazaryan yazır.
 
Sultan Laçın
Tarix: 6-02-2020, 14:34
Xəbəri paylaş





Xəbər lenti