“OLMASAYDI CAHANDA SARSAQLAR, YƏQİN Kİ AC QALARDI YALTAQLAR…”!!!

“OLMASAYDI CAHANDA SARSAQLAR, YƏQİN Kİ AC QALARDI YALTAQLAR…”!!!



İndi yaltaqlıq qəhrəmanlığa çevirilir, bu, 20% torpağı işğalda olan xalq üçün çox təhlükəlidir!

Şəxsiyyəti olmayan “insan”ın Vətəninin, Ailəsinin təcavüzə məruz qalması faciə deyil!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Zaman, zaman yaltaqlar olub. Amma bu günkü qədər yaramaz halda olmayıb. Bu gün yaltaqlıq qəhrəmanlığa çevirilir, bu, 20% torpağı işğalda olan xalq üçün çox təhlükəlidir! Yaltaqlıq bütün mənəvi dəyərləri itirmək, “rahat qazanc” əldə edərək, şəxsiyyətsiz yaşamaqdır! Şəxsiyyəti olmayan “insan”ın Vətəninin, Ailəsinin təcavüzə məruz qalması faciə deyil! Bu cür davam edərsə biz mənəviyyatımızla bərabər dəyərlərimizi və əmanətlərimizi (torpaqlarımızı) itirməyə məhkumuq! Yaltaqlığa dur deyək, onları qınayaq, onların, cəmiyyətin “qara yarası” olduğunu göstərməyi bacaraq!

Yaltaqlıq, insanın öz şəxsi xeyiri və ya birinin yanında öz “qiymətini” artırmaq üçün, başqasının qabağında alçalaraq, onun istədiyinə uyğun hərəkətlər etmək, riyakarcasına onun olmayan keyfiyyətini qabardıb, tərifləməkdir.

Yaltaqlıq – insanı alçaldıb, alçaq edən hərəkətdir. Bəs biz ehtiramlı davranışla yaltaqlıq arasında fərqləndirici sərhədlərini necə müəyyənləşdirə bilərik? İnsanlıq, bəşəriyyət üçün bütün əxlaqi mövzular hər zaman üçün aktualdır. Bu kimi əxlaqi keyfiyyətlərdən də biri – insanın ətrafında olan digər insanlarla xoş, ehtiramlı davranışı və bunun əksi, əxlaqi rəzalətlərdən biri olan yaltaqlıqdır!

На изображении может находиться: текст «Yaltaqlara ölüm! R/M Bu statusu dur deyan har kas»


Tarix: 7-02-2020, 22:06
Xəbəri paylaş





Xəbər lenti