Müxalifət mitinqi MSK-nın qarşısında keçirəcək - Sabah

 

Sabah-fevralın 16-da, saat 15:00-da Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçiriləcək.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə ReAl Partiyanın sədri İlqar Məmmədov məlumat verib.
 
O bildirib ki, bu hər hansı partiyanın, təşkilatın ya da şəxsin aksiyası deyil: “Hər kəsin mitinqidir! Hamı təşkilatçıdır, hamı işirakçıdır. Ətrafınızda olan seçki haqqı pozulan bütün vətəndaşları mitinqə gətirin. Çox olaq, dövlət və dünya səsimizi eşitsin, pozuntu olan bütün dairələrin nəticələri ləğv edilsin”.
 
Qeyd: Bakı Şəhər Baş Polis İdarəsi fevralın 16-da keçirilməsi planlaşdırılan mitinqin təşkilatçılarına - Müsavat başqanının müavini Fərəc Kərimli, D 18 təşkilatının rəhbəri Ruslan İzzətli və deputatlığa namizəd Günel Səfərliyə xəbərdarlıq edib.
 
Bildirilib ki, mitinqin Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi məkanda - saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında deyil, fərqli məkanda keçirilməsinə cəhd olsa, aksiyanın qarşısı alınacaq.
Tarix: 15-02-2020, 12:36
Xəbəri paylaş





Xəbər lenti