Abşeronda icra başçısının müavinindən seçki cinayəti: Fuad Cəbrayılov məntəqələrə gizli göstəriş verib

45 saylı Abşeron seçki dairəsində də təkrar seçki keçiriləcək

Oqtay Əsədov adına hazırlanmış protokol ələ keçdi

Miletinsesi.info saytı xəbər verir ki, “45 saylı Abşeron Seçki Dairəsindən YAP-ın namizədi Oqtay Əsdov seçki günü xəstəxanada olsada lider namizəd elan olunub. İcra başısının müavini Fuad Cəbrayılov və DSK-a sədri, Oqtay Əsədov adına nəticələrin mümkün qədər şişirdilməsi, namizədləri hərəkətləndirib. İddia edilib ki, 45-ci Abşeron seçki Dairəsinin 1 saylı məntəqə sədri Ülviyyə xanım, icra başçısının müavini Fuad Cəbrayılov tərəfindən gələn göstərişə biganə qala bilməyib. Məntəqə sədri ərazisinə aid olmayan adamları çağırtdıraraq Oqtay Əsədov adına yüzlərlə bülleten qutuya atdırıb. Həmçinin  siyahıda adları olmayanlar və digər vəndaşlarımız 15 ilin spikerinə səs vermək üçün səfərbər edilib. Qəsəbələrdə məktəb müəllimləri, bağçaların rəhbərləri və işçiləri Fuad Cəbrayılovun göstərişiilə spiker üçün dəridən, qabıqdan çıxıblar. Seçki qurtardıqdan sonra isə bülletenlərə nəzarət edən bütün müşahidəçilər məcbur məntəqədən uzaqlaşdırılıb. Bundan başqa məntəqədə iki protokol yazılıb. Həmin protokolun biri dairəyə göndərilsədə digəri ələ keçib.”

Xəbər vermişik ki, Əsədovun Abşeronda nümayəndələri iddia edirlər ki, Məzahir Pənahova “məsələ tapşırılıb” və “Ilham Əliyev deputat mandatını Oqtay müəllimə söz vermişdir”.

Abşeronun sakinləri sabah 16 fevral MSK binası qarşısında öz haqqını tələb edəcəklər.   

https://storage.googleapis.com/qurium/azadliq.info/232327.html?fbclid=IwAR3b8X-jkAm4VFWkxQX4Zw_JjhF5jfl7jxNZEXW1ZqJ71Hie_xuJzCitQOU

Tarix: 16-02-2020, 09:02
Xəbəri paylaş





Xəbər lenti