“Əməliyyatlar davam etdiriləcək, bu, nazirlərə qarşı da həyata keçirilə bilər” – AÇIQLAMA

 

“Sərt tədbirlər yalnız icra başçıları səviyyəsində olmayacaq, aşağı və daha yuxarı səviyyələrdə də həyata keçiriləcək”.
 
Pravda.az-ın xəbərinə görə, bunu təhlükəsiz məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
 
İ.İsmayıl bildirib ki, əməliyyat nazirlərə qarşı da keçirilə bilər: “İcra başçısı vəzifəsindən aşağı vəzifələrdə də yoxlamalar aparıla bilər. İdarə rəisləri ilə bağlı... Rüşvətxorluğun aradan qaldırılması məsələsi qarşıya məqsəd qoyulub. Vəzifəli şəxslər bilsinlər, ən azı fəaliyyətlərində müəyyən korrektələr etsinlər”.
 
Qeyd: Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda əməliyyat keçirib. Rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.
Tarix: 21-02-2020, 21:35
Xəbəri paylaş





Xəbər lenti