Valeh Nəcəfov üçün "KAMERA" RAHATSIZLIĞI

 
  Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bir neçə rayonda  keçirdiyi xüsusi əməliyyat yerli icra hakimiyyətlərindən başqa bəzi qurumların rəhbərlərini də  təşvişə salıb. 
 Siam.az-a daxil olan məlumata görə, ən çox narahatlıq keçirənlərdən biri
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfovdur.
 İddia olunur ki, Valeh Nəcəfov Neftçaladakı əməliyyatdan sonra kabinetində və ümumiyyətlə xidmətin binasında gizli kamera axtarışına çıxıb. İ"Komissar" ehtiyat edir ki, oxşar əməliyyat onunla bağlı da keçirilə bilər. Ona görə də indidən müəyyən tədbirlər görməyi qərara alıb.Valeh müəllim ən çox şikayət edilən xidmət rəislərindən biridir. O, Bərdədə ,Cəlilabadda,Astarada işlədiyi müddətdə mətbuatda haqqında neqativ materiallar tirajlanan "ƏN MƏŞHUR" Xidmət rəislərindən sayılır. Bu materiallar isə ayrı-ayrı Bərdə sakinlərinin şikayətləri əsasında hazırlanıb.
Təkcə Bərdə rayonundan Vidadi adlı vətəndaş Valeh N əcəfovdan yüzlərlə  şikayət yazmışdır və hələdə yazmağa davam edir.
Valeh Nəcəfovdan yuxarı instansiyalara şikayətlərin də ardı-arası kəsilmir. Bu baxımdan, DTX-nın Hörmətli Valeh "Komissar"ın işlədiyi Bərdə, Cəlilabad və Astaraya baş çəkə biləcəyi barədə mülahizələr yürüdülür.
 PS: Bərdə rayonu haqqında isə xüsusi buraxılış hazır olmaq üzrədir.Bizi izləyin. 
Siam.az
Tarix: 25-02-2020, 11:18
Xəbəri paylaş





Xəbər lenti