Xocalıda bayram edən düşmən qəsəbənin son görüntülərini yaydı...- FOTOLAR





Daşnak, terrorçu, namərd xislətli ermənilər 28 il öncə yüzlərlə soydaşımızın  amansız zülm və işgəncələrlə qətli, əsir və didərgin düşməsi hesabına işğal etdikləri Xocalıda bayram tədbirləri keçirib. 
Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, “İvanyan” adlandırılaraq “Əsgəran rayonu”na "daxil edilən" Xocalı qəsəbəsində sülənən ermənilər  işğal zamanı gorbagor olmuş işğalçılara qoyulmuş üzdəniraq abidənin önündə anım mərasimi keçiriblər.  Öz çıxışlarında onlar həmişəki kimi Xocalının işğalına haqq qazandırmağa çalışıb, erməni hərbçilərin guya dinc azərbaycanlı əhaliyə atəş açmamaqları barədə həyasız cümlələr işlədiblər. 
Xocalının işğaldan 28 il sonrakı görüntülərini təqdim edirik...
Sultan Laçın
 



Tarix: 26-02-2020, 16:14
Xəbəri paylaş





Xəbər lenti