Koronavirusla bağlı dünyada və Azərbaycanda son vəziyyət

 

Virus İran və İtaliyada sürətlə yayılmağa başlayıb

Dünyanın bəlasına çevrilən koronavirus Avropa ölkələrində də sürətlə yayılmağa başlayıb. Beləliklə, virus Çindən sonra sürətlə İran və İtaliyada yayılmaqda davam edir. Araşdırmalara görə, Avstriya, Xorvatiya, İsveçrə  Şimali Afrikada, Əlcəzairdə virus aşkarlanan xəstələrin demək olar ki, hamısı İtaliyaya səfər edənlər olub.

Eləcə də Latın Amerikası ölkəsi olan Braziliyada da virus aşkarlanan xəstənin İtaliyadan gəldiyi məlum olub.

Qeyd edək ki, Avropanın ən çox koronavirus yayıldığı ölkəsi olan İtaliyada bu günə qədər 300 nəfərdə virus aşkarlanıb. Onlardan artıq 11 nəfəri dünyasını dəyişib.

Codogno ile ilgili görsel sonucu

İtaliyada ilk dəfə virus aşkarlanan Codogna qəsəbəsi isə tamamilə karantin altına alınıb. 2 həftə ərzində bu qəsəbə sakinləri üçün qəsəbəni tərk etməsi qadağan olunub. Həmçinin qəsəbəyə giriş olmaması üçün ciddi nəzarət edilir.

Bütün bunlara baxmayaraq, İtaliya ilə qonşu olan ölkələr öz sərhədlərini bağlamağa tələsmirlər. Belə ki, ötən həftə Fransa, Almaniya, İtaliya səhiyyə nazirləri və digər Avropa ölkələrinin rəsmi nümayəndələri bir araya toplanaraq, koronavirus problemini müzakirə edərkən, İtaliya ilə sərhədlərin bağlanılmayacağı bəyanatını verdilər.

Koronavirus İtaliyada ile ilgili görsel sonucu

İngiltərə isə tətil istirahətini İtaliyanın şimalında keçirən tələbələrini evlərinə göndərib. Maraqlıdır ki, İngiltərə hökuməti İtaliyaya səyahət edənlər üçün yeni qaydalar tərtib etməyə hazırlaşır. İngiltərənin səhiyyə naziri Mat Hankok da İtaliya ilə uçuşları dayandırmaq planı olmadığını deyib: “İtaliya Çindən gələn bütün uçuşları dayandırdı.  Amma indi Avropada koronavirusdan ən çox zərər çəkən ölkə İtaliyadır”.

Azərbaycanla sərhəd ölkə olan İranda da vəziyyət gərgin olaraq qalır. Son məlumata görə, ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı 16 nəfərə çatıb. Virusa yoluxanların sayı isə 95 nəfər olduğu bildirirlir.

Qeyd edək ki, ötən gün İranın Qum şəhərində 50 nəfərin bu virusdan dünyasını dəyişdiyi barədə iddialar var idi. Məlumatı Qum şəhərinin deputatı olan Əhməd Emirabadi yaymışdı. Lakin İran hökuməti bu məlumatı dərhal təkzib etmişdi. Deputat isə dediyinin üstündə dayanaraq, hazırda Qum şəhərində 250 nəfərin karantində saxlanıldığını bildirib. Deputat həyəcanla qeyd edib ki, virusa yoluxmuş xəstələrə baxan tibb bacılarının xüsusi geyimləri olmadığından, onlar xəstələrə qorxaraq yaxınlaşırlar. Həmçinin apteklərdə yetərincə qoruyucu maska olmadığını vurğulayıb.

Ruhani koronavirus ile ilgili görsel sonucu

İran ölkə rəhbəri Həsən Ruhanı 16 nəfərin ölümünə səbəb olan koronavirus barəsində danışarkən virusu “dəvətsiz qonağa” bənzədib.

Qeyd edək ki, İranda virusun sürətlə yayılması ilə bağlı olaraq Həmadan, Zəncan, Elburz, Kürdüstan, Mazandaran, Gülistan, Gilan, Ərdəbil, Tehran, Qum, Şərqi və Şimali Azərbaycan bölgələrində məktəblər və universitetlər tətilə. Əyalətlərin bəzilərində təhsilə 2 gün ara verilərkən, digər bölgələrdə bu həftə sonuna qədər məktəblər bağlanıb. 

Koronavirus irandan ile ilgili görsel sonucu

Azərbaycanda koronavirus aşkar edilməsə də onun coğrafiyasının genişlənməsi, qonşu ölkədə bu virusun sürətlə yayılması Azərbaycanda da böyük narahatlıq və təşviş doğurub. Məlum olduğu kimi, Türkiyə, İraq və digər dövlətlər artıq İranla sərhədini bağlasa da, Azərbaycan tərəfi hələlik bu addımı atmayıb. Bu isə virusun ölkəmizə keçməsi ehtimalını daha çox artırır. Bəzi ekspertlər ölkədə təhsil ocaqlarının bağlanılması ilə bağlı təkliflər irəli sürür.

O cümlədən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bağça, məktəb və universitetlərdə təhsilin gələn həftədən Novruz bayramına qədər dayandırılmasını təklif edib. O, İrandan gələn turistlərinin sayının artmasının ölkəmiz üçün təhlükə olduğunu bildirib:

Qubad İbadoğlu ile ilgili görsel sonucu

 “Cənubi Koreya infeksiya daşıyıcılarının, İran isə virusun can aldığı insanların sayına görə Çindən sonrakı ikinci yeri bölüşür. İranda baş verənlər bütün qonşular üçün təhlükələr yaradır. Rəsmi məlumatlarda İranda 15 nəfərin bu virusdan vəfat etməsi göstərilsə də, raketlə vurduğu sərnişin təyyarəsini bir neçə gündən sonra etiraf edən İran rəsmilərinin məlumatına nəinki xaricdə, hətta daxildə özləri də şübhə edirlər. Böyük ehtimalla İranda virusun həm daşıyıcılarının, həm də virusdan ölənlərin sayı saxtalaşdırılır.

İran ötən il xaricə səfər edən hər 5 Azərbaycan vətəndaşından 2-nin, bütövlükdə isə 2 milyondan çox insanın səyahət etdiyi ölkədir. Adətən, İrandan Azərbaycana daha çox turist 21 gündən sonra qədəm qoyan Novruz bayramı ərəfəsində müşahidə olunur. Odur ki, İranda can alan virusun Azərbaycana daxil olması ehtimalı yüksəkdir. Onun qarşısını almaqda Azərbaycan səhiyyəsi acizdir. Amma, təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə gündən-günə artan riskləri azaltmaq olar".

O qeyd edib ki,  koronavirusa qarşı təxirəsalınmaz tədbirlər proqramı ilə virus riskini minimuma endirmək olar:

“Təklif edirəm ki, İran-Azərbaycan arasında canlı ünsiyyət yaradan bütün kommunikasiya və nəqliyyat vasitələri (hava, avtomobil və s.) ikitərəfli qaydada dayandırılsın. İranla sərhəd keçid məntəqələri gediş-gəliş və tranzit daşımalar üçün bağlansın. Digər sərhəd keçid məntəqələrində Çindən və virusun yayıldığı digər 30 ölkədən gələnlər xüsusi tibbi yoxlamardan keçirilsin. Səhiyyə Nazirliyi tibbi personalı təlimatlandırsın, xəstəxana, ambulator-klinik və diaqnostik mərkəzləri lazımı resusrlarla (dərman, sarğı ləvazimatı, infeksiya vasitələri və s.) təmin edilsin, şübhəli şəxslərin müayinələri və bu istiqamətli testlər yalnız ixtisaslaşmış tibbi müəssisələrində aparılsın. Qapalı yerlərdə nəzərdə tutulan kütləvi idman, mədəniyyət, incəsənət və sair tədbirlər (toylar da daxil olmaqla) təxirə salınsın.  Bu həftə ərzində uşaq baxçalarında, məktəblərdə, kolleclərdə, texnikumlarda və universitetlərdə təlimatlandırma və maarifləndirmə işləri aparılsın, gələn həftədən Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər qayandırılsın”.

Qeyd edək ki, Azərbaycan rəsmiləri ölkədə koronavirus olmadığını bildirirlər. Bununla belə,  ehtiyac olmadıqda İrana səfərləri təxirə salmağı tövsiyə edirlər./“Yeni Müsavat”/


Tarix: 27-02-2020, 09:26
Xəbəri paylaş





Xəbər lenti