Göründüyü kimi, belə hadisələr zamanı situasiyaya görə cavabdehlik daşıyan və operativ qaydada hərəkətə keçməli olan qurumlar Azərbaycanla intensiv gediş-gəlişi olan İranda koronavirusun yayıldığı gündən yalnız 5 gün sonra sərhədə yollanıblar.
“AzPolitika.info”-ya daxil olan məlumata görə, müvafiq qurumların, xüsusilə də Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Xidməti və Qida Təhlükəsizliyi Agentliyi kimi orqanlarını vəziyyətə vaxtında və operativ şəkildə müdaxilə etməməsi ölkə rəhbərliyinin sərt iradlarına səbəb olub.
Xatırladaq ki, fevralın 19-da Azərbaycan Prezidentinin və Birinci Vitse-Prezidentin İtaliyaya dövlət səfəri başlayıb və ayın 22-də həmin səfər başa çatıb.
Məlumata görə, Prezident ölkəyə döndükdən dərhal sonra İranla sərhəddə görülən işlərlə maraqlanıb.
Belə məlum olub ki, bu cür məsuliyyətli və operativ müdaxilə tələb edən situasiyada birbaşa vəzifələrini yerinə yetirməli olan müvafiq strukturların vəzifəli şəxsləri lazımı səviyyədə tədbirlər həyata keçirməyib, adekvat qərarlar qəbul etməyiblər. Məlumata görə, bu cür yanaşma ölkə rəhbərliyinin haqlı və sərt iradına səbəb olub.
Həmin qurumların rəhbərlərinin sərhədə səfəri də yalnız ölkə başçısı vətənə qayıdandan və onun müdaxiləsindən sonra baş tutub. Hansı ki, belə situasiyalarda hər bir qurum öz işini tapşırıq və göstərişlərdən asılı olmayaraq, vaxtında və operativ şəkildə həyata keçirməli idi.