KORONAVİRUS: MİF VƏ HƏQIQƏT? - Ajiotaj elə toplumun özünə zərər vurur



Hazırda dünya gündəminin əsas mövzusu koronavirusdur.  Demək olar ki, bütün telekanalların, elektron və yazılı KİV-in baş xəbərlərini bu virusla bağlı məlumatlar tutur.  Ancaq bu məlumatların heç də hamısı həqiqəti əks etdirmir. 

Xüsusən sosial mediada və saytlarda çoxlu sayda feyk, həqiqəttdən uzaq şaiyələr yayılır. Media bəzən bilərədkdən sensasiya xatirinə, bəzən də bilməyərəkdən elə xəbərlər yayır ki, bu cəmiyyətin həyatına, iqtisadiyyata mənfi təsir göstərir. İnsanlar doğru-dürüst məlumatlandırılmır, vahimə, ajiotaj yaradılır. Son nəticədə isə bundan elə toplumun özü əziyyət çəkir.

Əvvəlcə aydınlaşdırmaq lazımdır ki, insanları qorxuya salan bu koronavirus nədir?

Koronavirus həm insanlara, həm də heyvanlara yoluxan spesifik viruslar ailəsinə aiddir. Virus taca (karona) bənzəyən tüklü hissəciklərdən ibarət olduğu üçün adını ordan qazanıb. Koronavirus adətən, mədə-bağırsaq traktına, tənəffüs və sinir sisteminə təsir edir. Virusun yaratdığı xəstəliklər çox vaxt yüngül formada keçir. Ancaq bəzi növləri ciddi fəsadlar yarada bilir.



Koronaviruslar daha çox yayıla bilmək üçün sürətlə mutasiya olurlar. Əvvəlcə heyvanlar xəstələnir, sonra viruslar mutasiyaya uğrayaraq insanlara və yenidən heyvanlara keçirlər.

Hazırda Çində, İranda Avropa ölkələrindən İtaliyada koronavirus sürətlə yayılır. Lakin bu göstəricilər epidemiya kimi təqdim edilə bilməz.

Epidemiya – yoluxucu xəstəliyin müəyyən zaman və məkan daxilində insanlar arasında yayılmasıdır. Ancaq bu anlayış sakinlərin 5 faizdən çoxu xəstə olduqda tətbiq olunur. Çində isə bu göstərici 0,1 faizdən azdır. Başqa ölkələrdə isə daha aşağıdır. Bundan başqa, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) keçirdiyi sonuncu iclasında koronavirusun yeni növünü qlobal təhlükə kimi qəbul etməyib. Ona görə də koronavirus haqda epidemiya kimi danışmaq düzgün deyil.

Virusun yayıldığı gündən bu yana 93 min nəfər bu xəstəliyə yoluxub, onlardan 50 min 690 nəfəri, başqa sözlə 54,7 faizi artıq sağalıb. Bu günə qədər 3 mindən bri qədər çox insan ölüb. Bu da 3,4 faiz ölüm deməkdir, yəni qripdən orta ölüm faizini keçmir. 

Koronavirusun son 20 ildə qeydə alınan digər kütləvi xəstəliklərdən daha sürətli yayılması və ölüm halları isə dünyada insan sayının artması, böyük şəhərlərdə yaşayan insan sayı ilə əlaqədardır. Məsələn, virusun ilk çıxıb və sürətlə yayıldığı Vuhan və ətraf şəhərlərdə 40 milyona yaxın insan yaşayır, amma yoluxma və ölüm faizi bu rəqəmlə müqayisə olunmaz dərəcədə aşağıdır.



Çinin səlahiyyətli nümayəndələri və ÜST-ün verdiyi məlumata görə, sosial şəbəkələrində çoxlu sayda saxta məlumatlar yayılıb. Belə ki, yayılan saxta məlumatlara görə xəstəxanalarda tibb bacısı və ya həkim işləyən şəxslər iddia edir ki, ölənlərin sayı onlarla deyil, artıq yüz minlərlədir. Belə məlumatlar təkzib olunsa da, sürətlə yayılaraq insanlar arasında çaxnaşma yaradır.

Məsələnin daha bir tərəfi koronavirusun hətta adi qripdən az ölümə səbəb olmasıdır. Məsələn, Amerika Xəstəliklərin önlənməsi və nəzarət Departamentinin rəqəmlərinə görə, qrip xəstəliyi səbəbi ilə 2019-cu il oktyabrın 1-dən 2020-ci il yanvarın 25-dək ABŞ-da 10-25 min nəfər arası insan ölüb. 180-310 min insan xəstəxanada müalicə alıb, ümumi yoluxma say isə 19-26 milyon arasında dəyişir. Bu və oxşar faktlar göstərir ki, koronavirus ajiotajı sünidir, hətta bəzi hallrda müəyyən dairələr tərəfindən yayılır.

Azərbaycana gəldikdə, mənzərə virusun yayıldığı ölkələrdən fərqli deyil. Mediada və sosial şəbəklərdə həyəcanlı çağırtışalr edilir, çoxsaylı yalan məlumatlar tirajlanır. Amma real durum tamamilə bunun əksini göstərir. Cəmiyyətin həyatı adi qaydada davam edir. Metrolarda, ictimai nəqliyyatda, əyləncə və ticarət mərkəzlərində həmişə olduğu kimi sıxlıqdır. Müşahidələrimzə görə, qoruyucu maska taxanların sayı olduqca azdır. Məsələn, metroda bir vaqonda əyləşən yüzlərlə sərnişindən biri, uzqbaşı iksini maskada görmək olar.

Əlbəttə, insanların virusa belə skeptik yanaşması da doğru deyil. Hər kəs gündəlik gigiyena qaydalarına əməl etsə, səhəttində narahatlıq yaranarsa, həkimə müraciət edərsə, belı süni ajiotajlar yarana bilməz.

Rasim

AzPolitika.info

Tarix: 5-03-2020, 19:49
Xəbəri paylaş





Xəbər lenti