ÜST COVID-19-un yoxa çıxacağı tarixdən danışdı


Koronavirus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan media üçün keçirilən brifinqdə koronavirusun (COVID-19) yoxa çıxma müddəti barədə danışıb.


“Koronavirus yayda yoxa çıxsa, bu, taleyin hədiyyəsi olar, lakin buna bel bağlamağa dəyməz”, - deyə Rayan bildirib.

Onun sözlərinə görə, virus qrip kimi asan yox olmayacaq.

“Hazırda bunun baş verəcəyini hesab etməyə əsas yoxdur. Buna görə də, öz-özünə keçəcəyinə ümid etmədən, virusla indi mübarizə aparmaq lazımdır”, - deyə ÜST rəsmisi qeyd edib.

Tarix: 7-03-2020, 09:29
Xəbəri paylaş





Xəbər lenti