Həlak olan əsgər Bərdədəki Şəhidlər xiyabanında dəfn olunacaq

 
Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayev bu gün Şəhidlər xiyabanında dəfn olunacaq. 

Bu barədə "Report"un Qarabağ Mərkəzinə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, əsgərin nəşi martın 7-də doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilərək ailəsinə təhvil veriləcək: "Eltun Qarayev Şəhidlər xiyabanında dəfn ediləcək. Bununla bağlı hazırlıq işləri görülür. Yas mərasimin təşkil etmək üçün mağar qurulub".

Qeyd edək ki, E.Qarayev 2001-ci il martın 14-də Bərdə rayonunun Qazqurdalı kəndində anadan olub. O, 2019-ci ilin aprel ayında hərbi xidmətə yola salınıb.


***12:15

Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən döyüş məntəqəsində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Qarayev Eltun Elman oğlu bu gün dəfn olunacaq.

Mərhum Bərdə rayonunun Qazıqurdalı kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, martın 7-də “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax Müalicə-Diaqnostika Mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir. 

ALLAH RƏHMƏT ELƏSİN.

 Siam.az

Tarix: 7-03-2020, 13:34
Xəbəri paylaş





Xəbər lenti