Koronavirus təlaşı sizi tamamilə pulsuz qoya bilər: Diqqət!

Xəstəlik dünyada kiber hücumların sayını əhəmiyyətli dərəcədə artırıb





Koronavirus xəstəliyinin sürətlə yayılması dünya dövlətlərini daha bir problemlə üz-üzə qoyub.

 

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, son günlər aparılan araşdırmalar koronavirus təhlükəsinin həm kommersiya şirkətləri, həm də ayrı-ayrı fərdlərə yönəlik kiber hücumların sayını kəskin şəkildə artırıb. Belə ki, ilin əvvəlindən bəri Kaspersky Laboratoriyası kovid, koronavirus və bənzər sözləri ehtiva edən 2,5 mindən çox şübhəli sayt aşkar edib. Şirkətin baş analitiki Tatyana Sidorinanın sözlərinə görə, belə saytların biri vətəndaşlara "koronavirusu təyin etmək üçün ən yaxşı və sürətli bir test" təklif edir və testin müqabilində vətəndaşlardan müəyyən informasiya tələb edir. Nəticədə, vətəndaşa məxsus pul və kredirt kartı məlumatları oğurlanır.

 

Araşdırmalar bir çox hallarda kiber cinayətkarların yolladığı məktubları dövlət qurumlarının  rəsmi məktubuna bənzətdiyini göstərir. Bu bənzətmə insanların bu məktublara və orada yazılanlara inamını təmin etmək üçün həyata keçirilir.  

 

2019-cu ilin əvvəlindən bu günə qədər kiber cinayətlərin 38% artması müəyyən edilib. Ekspertlər insanları diqqətli olmağa, özləri, bank hesabları və s. şəxsi məlumatlarını paylaşmamağa səsləyir.

Tarix: 19-03-2020, 22:00
Xəbəri paylaş





Xəbər lenti