Koronavirusa ayrılan 1 milyard manatdan hansı sahələr bəhrələnəcək? - Ekspert sadaladı


Koronavirusa ayrılan 1 milyard manatdan hansı sahələr bəhrələnəcək? - Ekspert sadaladı

“Azərbaycanın qeyri-neft sənayesinin çox kiçik olması səbəbindən pandemiyanın yaratdığı problemlərə görə bu sahələrdən iqtisadiyyata dəyən ziyan da çox böyük olmayacaq. İqtisadiyyatın təxminən 55 faizini formalaşdıran neft-qaz sənayesini, tikinti və aqrar sektoru nəzərə almasaq, 1 milyard manatlıq potensial büdcə dəstəyindən ağrılıqlı olaraq iqtisadiyyat üçün yeni dəyərin 45 faizini formalaşdıran sahələrin bəhrələnə biləcəyi bəllidir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

R.Ağayev bildirib ki, qeyri-neft sənayesi ÜDM-nin cəmi 5 faizini, yəni iqtisadiyyat üçün təxminən 4 milyard manatlıq yeni dəyər yaradır:

“Qeyr--neft sənayesinin məşğulluqda da payı böyük deyil 5-6 faizdir. Bu sahədə ən çox təsirlənə biləcək seqment qida sənayesi (içki də daxil) ola bilər. Bu seqment qeyri-neft sənayesinin 23%-ni formalaşdırır - yaratdığı əlavə dəyərin həcmi 900 milyon manat ətrafındadır. Az və ya ümumiyyətlə, təsirlənməyəcək seqmentləri də ayırmaq olur. Məsələn, geyim, toxuculuq və dəri sənayesi - bu seqment qeyri-neft sənayesinin 3 faizini formalaşdırır, yaratdığı əlavə dəyərin həcmi 140 milyon manat ətrafındadır. Metallurgiya sənayesi - bu seqment qeyri-neft sənayesinin 6 faizini formalaşdırır, yaratdığı əlavə dəyərin həcmi 260 milyon manat ətrafındadır. Kimya və reziin (plastmas) məmulatlar sənayesi - bu seqment qeyri-neft sənayesinin 6 faizdən bir qədər artıq hissəsini formalaşdırır, yaratdığı əlavə dəyərin həcmi 280 milyon manat ətrafındadır. Tikinit malları sənayesi - bu seqment qeyri-neft sənayesinin 8 faizini formalaşdırır, yaratdığı əlavə dəyərin həcmi 370 milyon manat ətrafındadır. Xidmət sektoru içərisində böhrandan ən çox təsirlənən turizm və ictimai iaşə, nəqliyyat sektoru, ticarət və bank sektoru olacaq. Bu sektorlar birlikdə ölkə ÜDM-nin ən azı 18 faizini, məşğulluğun 25 faizini formalaşdırır”.


Tarix: 20-03-2020, 23:32
Xəbəri paylaş





Xəbər lenti