Bu gün Türkiyədə azərbaycanlı iş adamı M.Mənsimova dəstək olaraq , minlərlə adam küçələrə çıxdı

 
Bu gün Türkiyədə azərbaycanlı iş adamı M.Mənsimova dəstək olaraq , minlərlə adam küçələrə çıxdı. 
Aclıq elan etmiş iş adamının vəziyyətinin ağırlaşdığı bildirilir. Hər zaman nəinki M.Mənsimov , hətta bütün azərbaycanlı iş adamlarının gördükləri işlərin reklam xarakterli olnadan deyilməsinin tərəfdarı olmuşam. M.Mənsimov iş adamıdır və onun istənilən təşkilat və cəmiyyətlərlə biznes məsələləri ola bilər. Bəzi məsələlərin məcburiyyətlə edilməsi də sözsüz istisna deyil. Şəxsimə gəldikdə, nə Mübariz Mənsimovu tanıyıram, nə onun etdiklərindən müfəssəl məlumatım var (yalnız mediada yayılanlar istisna olmaqla), nə də yaxınlarımdan və tanıdıqlarımdan kimsəyə bir yaxşılığı dəyib. Sadəcə, o insan mənim azərbaycanlımdır. Ölkəmizdən kənarda “Ünlü azərbaycanlı iş adamı” kimi tanınır. Ona görə də bizimdir, xalqındır və xalq da bu cür insanlara sahib çıxmağı bacarmalıdır. ( fərqi yoxdur, o, 100 azərbaycanlı tələbəyə təqaüd verir, ya vermir və yaxud Azərbaycan üçün hansısa xeyriyyə işi görür və ya görmür)
Azərbaycanın sərhədindən kənardakı azərbaycanlıların hamısı – Dərbəndindən Kərkükünə, Təbrizindən Borçalısına qədər bizimdir.
Mübariz həbs olunduqda dünya mediası " Azərbaycanlı iş adamı həbs olundu " "yazdı. Bir düşünün bu nə deməkdir ? Bir milıətin adının Mübarizin adının yanında çəkilməsi. Mübarizin tutulmasına çox təəssüf edirəm. Və bu tutqudan öz " mənafeyi " naminə istifadə edənlər unutmasınlar ki , sabah nə olacağından heç kim sığortalanmayıb. Elə bu cür etmişik ki , Azərbaycan öz torpaqları ilə sərhəd olan yeganə dövlətə çevrilib. Bu cür etmişik ki , hər zaman haqqımız tapdanıb , elə bu cür etmişik ki , heç kim səsimizi eşitməyib.
Böyük Sabir hələ XIX əsrdə deyirdi :
" Kim nə deyər , bizdə olan qeyrətə ,
Qeyrətimiz bəllidir , hər milıətə "
 Mehriban Sadiqova   
 
Tarix: 21-03-2020, 23:26
Xəbəri paylaş





Xəbər lenti