Sirayət zəncirinin həlqəsini qırmaq – evdə qalmaq

 

Artıq elə də əhəmiyyəti yoxdur ki, bu bəlanı bəşəriyyətin başına kim sardı. O, postpandemiya dövrünün işidir. Yalnız o zaman geniş miqyaslı təhqiqatlar apararaq ortaya çıxarmaq olar ki, koronavirus lhansı dövlətin gizli laboratoriyasında hazırlanmışdı, onu hansı dövlət yaymışdı, hansə dövlət cinayətə bərabər səhlənkarlığa yol vermişdi və sair və ilaxır.

İndilikdə bunu etmək müharibənin ortasında, mərmilərin uçuşduğu vaxt blindajda oturub “müharibə niyə başladı, bunun siyasi səbəbləri nədir, ondan yayınmaq mümkün idimi” suallarına cavab axtarmaq kimi bir şeydir.

Hazırda əsas məsələ salamat qalmaqdır. Bu saat dövlətlərin başlıca məqsədi öz əhalisini, öz iqtisadiyyatını bu bəladan daha az itkiylə çıxarmaqdır. Səbəbkarları, baiskarları, səhlənkarları, cinayətkarları və s. xətakarları arayıb-axtarmaq, mümkün olsa, mühakimə etmək və lənətləmək üçün vaxt olacaq.

Bütün dünyada gedən cari prosesin tarixi çox qədimdir və mahiyyəti dəyişməz qalb, bu yaşayış uğrunda mübarizədir. Güclülər, dözümlülər, ağıllılar qalib gələcək.

Коронавирус в мире станет пандемией

Gözə görünməyən virusların, şüaların qarşısına çarəsiz dualarla çıxmaq mümkün deyil. Bu bəlanın qarşısını gecə-gündüz elmin (mikrobiologiyanın), tibbin incəliklərini öyrənənlər, mühüm və effektiv tədbirlər görənlər alacaq.

Anlamaq lazımdır ki, koronavirusun laboratoriyada hazırlanmış kütləvi qırğın silahı və ya, iddia olunduğu kimi, təbii yolla ortaya çıxmış virus olması heç bir halda “göylərdən gəlan bəla”, “Allahın qəzəbinin nəticəsi” deyil. Belə şey yoxdur. Yəni bütün dinlərin mərhəmətli olduğunu insanlara təlqin etdiyi ilahi qüvvə bu qədər ədalətsiz oldu ki, 5-10, lap 1 milyard günahkar bəndəyə görə elə o sayda günahsız, məsum insanlara ağır cəza kəsdi? Ola bilməz.

Təəssüf ki, son günlərin tendensiyalarından biri də budur: koronavirus pandemiyasını ilahi qüvvələrə bağlamaq, qəzavü-qədər işi hesab etmək. Tarixən bütün epidemiyalar vaxtı belə olub. İnsanlar yoluxucu xəstəliklərin qarşısında aciz qaldıqları zaman taleləri ilə barışıb, oturub əllərini göyə tutublar və göylərdən mərhəmət, nicat gözləyiblər.

Чем китайский коронавирус опасен для мира - Ведомости

Bütün elmlərin sirlərinə vaqif olan savadlı, müasir insan elə edə bilməz. O, qədim dövrlər cəhalətindən qurtulmalı və anlamalıdır ki, min dərd varsa, min bir də dərman var. Hər bir xəstəliyin profilaktikası, müalicəsi var və insan oğlu elmli kəslərin tövsiyə və tələblərinə riayət etməklə sağlamlığını və salamatlığını qoruya bilər.

Bu pandemiyadan ən çox zərəri cahillər, təhlükənin miqyasını, mahiyyətini anlamayanlar, onu heçə sayanlar, təhlükəsizilik qaydalarına riayət etməyənlər çəkəcək.

Məşhur ifadə ilə desək, suda boğulanın xilası öz əllərindədir. Biz, nə qədər təhlükəli olsa belə, təslim olmamalıyıq, tədbirli davranmalıyıq, mübarizə aparmalıyıq. Anlamalıyıq ki, “bu virusa hər kəs yoluxacaq” deyiminin heç bir elmi əsası yoxdur. Bu adi, indiyədək ildə iki dəfə yoluxduğumuz qrip deyil ki, 1 gün diskomfort yaratdığı, 1 həftəyə sağaldığı üçün barmaqarası yanaşaq, işimizdən-gücümüzdən qalmayaq, təmaslarımızı kəsməyək və başqalarını da yoluxduraq.

Италия вышла на первое место по смертности от коронавируса ...

Bu, unikal mərəzdir, ona görə də bütün ölkə üzrə karantin tədbirləri tətbiq edilir, xəstələr, yoluxduğu şübhə doğuran adamlar təcrid olunur. Ötən il qrip tutan iş yoldaşlarımız xəstə-xəstə işə gəlir, burnu axa-axa əllə görüşüb bizi yoluxdururdularsa (sonra biz də elə edirdik), bu il o söhbət yoxdur. Bunun özü ümid yaradır ki, yoluxma zəncirinin bəndi bir yerdə qırılacaq.

Hər birimiz həmin zəncirin bir həlqəsi, bəndiyik. Biz məsuliyyətli olsaq, həlqə qırılacaq, virus bizə və bizdən sonra başqalarına sirayət etməyəcək. Bu, çox da çətin deyil. Bundan ötrü deyilənlərə əməl etmək, qadağalara etinasızlıq göstərməmək lazımdır. “Evdə qal” deyirlərsə, evdə qalmaq çox da zülm bir şey deyil. İllərlə həbsxanada, aylarla xəstəxanada qalanlar var. 15-20 gün dözmək, vaxtı daha səmərəli keçirmək, darıxamamaq üçün kitab oxumaq, filmlərə baxmaq, musiqiyə qulaq asmaq, ev şəraitində müxtəlif oyunlar oynamaq (bu imkanlar hamıda var) mümkündür. (Evindən çörəkpulu üçün çıxanların çörəyini dövlət verməlidir).

Evdən bayıra yalnız zəruri hallarda, ərzaq və dərman preparatları almaq üçün, o da təhlükəsizlik qaydalarına riayət etməklə çıxmaq olar. 15 gün, 1 ay bu rejimdə yaşamaq lazımdır, sonrası sonra bəlli olacaq.

P.S. Bu sətirlər yazılan vaxt binanın həyətində polis maşınından səsgücləndirici ilə insanların evində qalması tövsiyə olunurdu və 7-8 adam həmin maşına baxa-baxa, deyilənləri dinləyə-dinləyə harasa gedirdi...

Tarix: 28-03-2020, 14:22
Xəbəri paylaş





Xəbər lenti