Azərbaycanla İranın münasibətlərini tənzimləyənlərdən biri... - görün, KİMDİR...

Azərbaycanla İranın münasibətlərini tənzimləyənlərdən biri...
“Vasif Talıbovun Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsindən azad edilməsi məsələsinə baxıla bilər”.

Siam.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Vasif Talıbovun İranla gizli əlaqələrinin olması barədə iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılarsa və fakt öz təsdiqini taprsa, bu, Azərbaycanın milli maraqlarına çox ciddi zərbə vura biləcək hadisə olar.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ildən (28 ildir-red.) Azərbaycan Milli Məclisində 1 saylı Şərur- Sədərək seçki dairəsini təmsil edir. O, həm də 20 ilə yaxındır ki, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası işçi qrupunun sədri vəzifəsindədir.

Vasif Talıbovun rəhbərlik etdiyi Azərbaycan-İran parlamentlərarası işçi qrupunda aşağıdakı deputatlar təmsil olunur:

Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Eldar İbrahimov, Cəbi Quliyev, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə, Madər Musayev, Əziz Ələkbərli, Cavanşir Paşazadə.

Heç vaxt Milli Məclisin iclaslarına gəlməyən Vasif müəllimin nə vaxtsa Azərbaycan-İran parlamentlərarası işçi qrupunun iclasını keçirdiyini də parlamentdə xatırlayan yoxdur.
Tarix: 11-01-2023, 20:42
Xəbəri paylaş





Xəbər lenti