Deputatdan sərt açıqlama: - “Ay donuz otaran, artıq vaxt çatıb..."

Deputatdan sərt açıqlama:
“Təkcə Vardanyan və ya Arutyunyan deyil, belələri çoxdur. Dünyada ermənilər hay-şüvən qaldırıblar ki, guya Azərbaycan yolu bağlayaraq onları blokadada saxlayır. Guya sosial aclıq hökm sürür, Azərbaycan bunlara qarşı "soyqırımı" həyata keçirmək istəyir və s. Bu, əslində ermənilərin bütün tarix boyu məşğul olduğu şər və böhtan kampaniyasıdır.

Siam.az bildirir ki, bunu Teleqraf.com-a deputat Elman Məmmədov deyib.

O əlavə edib ki, əsl həqiqət tam başqadır: “Həqiqət dünyaya yayılır. Jurnalistlər, səfirliklər, BMT-dəki nümayəndələrimiz, diasporamız həqiqətən məsələnin nədən ibarət olduğunu dünyaya çatdırmağa çalışır. Hər gün Qırmızı Xaç Komitəsinin avtomobilləri Laçın yolundan keçirlər. Bizim eko-fəallar bəyan edirlər ki, dinc etiraz edirlər. 30 ildir bizim yeraltı və yerüstü sərvətlərimiz talan edilir. Buna qarşı etiraz keçirilir. Gün ərzində sülhməramlıların 15-20 avtomobili ermənilərə nə lazımdırsa-ərzaq, yanacaq, qida, tibbi ləvazimat daşıyır. Xəstələri, ehtiyacı olan erməniləri daşıyırlar. Ehtiyacı olan erməni siqaret üçün bizim posta yaxınlaşır, qucağını yemək-içməklə doldurub yola salırlar. Bunun özü aksiyanın sadə insanlara qarşı deyil də humanitar məqsədli olduğunu göstərir. Yəni ermənilərin dediyi əslində şər-böhtandır və artıq bu gedişlər keçməz”.

Deputat bildirib ki, erməni şər-böhtanına qahmar çıxan, onun səsinə səs verən Fransa kimi dövlətlər, müxtəlif qurumlar var və onlarla həmrəy olduqlarını ifadə edirlər:

“Ancaq söhbət odan gedir ki, bura Azərbaycan ərazisidir, burada vətəndaşlarımız aksiya keçirmək hüququna malikdir. Eləcə də Azərbaycan öz ərazisidə gediş-gəlişə nəzarət etmək haqqına malikdir. Üstəlik heç bir qaydanı və qanunu pozmur. Biz bu tədbirləri xarici ölkələrdə deyil, öz ərazimizdə keçiririk. Mən bir vətəndaş olaraq dövlətimizdən tələb edirəm ki, Ermənistanla sərhədə nəzarət buraxılış məntəqəsi, gömrük postu yaradılsın, həmin yola polisimiz nəzarət etsin. Bura başqa dövlətin ərazisi deyil ki, biz kiminsə nazı ilə oynayaq”.

Ruben Vardanyanın son çıxışına reaksiya verən deputat sərt danışıb: “Ay donuz otaran, 30 il silahlandınız, amma 44 günlük müharibdə cavabınızı aldınız. İndi Azərbaycan daha sizin nəsə edəcəyinizi gözləməyəcək. Əksinə, öz ərazisini sizin kimi cinayətkar terrorçulardan təmizləmək üçün tədbirlərə başlayacaq. Sizin sonunuza nöqtə qoyulacaq. Düşünürsünüzə, kimsə sizi müdafiə edəcək, bu olmayacaq”.
Tarix: 13-01-2023, 21:55
Xəbəri paylaş





Xəbər lenti