Çox puldan qorxanların NƏZƏRİNƏ


 
Pulu idarə edə bilməmək həmişə maliyyə savadsızlığının əlaməti deyil. Ola bilsin ki, insan sadəcə bəzi vərdişləri əzbərləyib.
Musavat.com "life.ru"ya istinadən yoxsulları müəyyən edən 6 əlaməti təqdim edir:
Pula qənaət etməmək, xərcləmək vərdişi
Davamlı olaraq televizora baxmaq vərdişi
Yoxsulluq içində yaşamağa öyrəşmiş insanlarda davamlı olaraq televizora baxmağa aludəçilik yaranır. 
Gələcək üçün planlar olmadan yaşamaq vərdişi
Bu, insanın həyatını müntəzəm olaraq çətinləşdirən dağıdıcı bir vərdişdir.
Qənaət etmək vərdişi
Uşaqlıqda kifayət qədər kasıblıq çəkən insanlar demək olar ki, həmişə özlərinə qənaət edirlər. Son pullarını bahalı hədiyyə alıb kiməsə verirlər, özləri isə köhnə geyimdə gəzirlər.
Sövdələşmə cəhdinin olmaması
Yoxsulların alverçilik vərdişi yoxdur. Bəlkə də düşünürlər ki, endirim istəsələr, onların kasıb olduqları üzə çıxar.
Pul qorxusu
Bu cür insanlar pulun pis olduğuna, dünyada ən pis şeylərin maddiyyat üzündən baş verdiyinə inanırlar. Bir sözlə, hesab edirlər ki, xoşbəxtlik pulda deyil. Varlılar isə xoşbəxtliyi necə satın alacaqlarını bilirlər. Zənginlər üçün pul yaxşı istirahət, özünə qulluq, rahat yaşayış şəraiti üçün mütləqdir. Yoxsul insanlar isə psixoloji olaraq çox puldan qorxurlar.  
Tarix: 14-01-2023, 22:17
Xəbəri paylaş





Xəbər lenti