Ana və 4 yaşlı uşağını girov götürdülər - Bakıdakı mağazada biabırçılıq

Ana və 4 yaşlı uşağını girov götürdülər - Bakıdakı mağazada biabırçılıq
Bakıda mağazaların birinə alış-verişə gedən ana övladı ilə birlikdə girov götürülüb.

AzNews.az xəbər verir ki, hadisə “COCO” mağazasında baş verib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun məlumatına görə, buna səbəb mağazada vitrinə qoyulan manikenlərdən birinin broşkasına yapışdırılan qaşların qopmasıdır:


“Bakı şəhəri 28 May küçəsi ev 20, mənzil 50 ünvanda yaşayan Qazıbəyova Leyli Cəmil qızı quruma bununla bağlı ərizə yazıb. Leyli mal almaq üçün dekabrın 19-da 4 yaşlı övladı ilə Xəqani küçəsi 21 ünvanda yerləşən “COCO” dükanına gedib. Övladı dükanda manikenə toxunub, maniken aşıb və pencəyin yaxasında olan dəmir broşka harasa toxunub. Bu zaman broşkaya yapışdırılan 15 ədəd rəngli kiçik bəzəkdən 2-i qopub. Broşka isə qırılmayıb. İşçilər buna görə Leyli xanımı günahlandırıb və onu övladı ilə birgə “həbs” edərək 45 AZN tələb ediblər. Qadını oradan buraxmadıqlarına görə məcbur olub ki, 45 AZN ödəsin”.

Eyyub Hüseynov qeyd edib ki, şikayətçi ödədiyi məbləğlə bağl kassa çeki tələb etsə də, onun istəyi yerinə yetirilməyib:

“Broşkanı selofana qoyub ona veriblər. Leyli xanımın atası məsələdən xəbər tutub və broşkanı götürərək dükana gedib. Broşkanın qiymətini və düşən plastmasın qiymət sənədini tələb etsə də, heç bir sənəd göstərilməyib. Atası mağaza müdirindən broşkanın düşən bəzəyinin yapışdırılandan sonra qaytarılmasını təklif edib 45 AZN-i tələb etsə də hələ ki, verilən pul onalara ödənilməyib. O, istehlakçı hüquqlarının təmənnasız qorunmasına köməklik istəyib”.

Ana və 4 yaşlı uşağını girov götürdülər - Bakıdakı mağazada biabırçılıq

Siam.az
Tarix: 21-12-2017, 14:53
Xəbəri paylaş





Xəbər lenti