Rusiya ilə Ermənistanı əlaqələndirən yolun bir hissəsi bağlanıb


 Hərbi Gürcüstan yolunun cənub hissəsi - Vladiqafqazla Lars arasındakı ərazi tamamilə bağlanıb.

"Report" "Moskovskiy komsomoleç"ə istinadən xəbər verir ki, yolda məhdudiyyət Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar tətbiq edilib.

Bildirilir ki, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsiylə əlaqədar, nəqliyyat vasitələrinin təhlükəsiz gedişinin təminatının qeyri-mümkünlüyü, həmçinin Gürcüstanın sərhəd polisinin tövsiyəsinə uyğun olaraq Vladiqafqaz - Lars yaşayış məntəqəsi istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti martın 24-də, saat 23:15-dən xüsusi icazəyə qədər dayandırılıb.

Bu istiqamətdə səfərlərdən çəkinmək tövsiyə edilib. Qeyd edək ki, həmin yol Rusiya ilə Ermənistanı əlaqələndirir. 

Tarix: 25-03-2018, 07:54
Xəbəri paylaş





Xəbər lenti