Mülki vətəndaşların evakuasiya anlaşmasını pozan Ceyş əl-İslam qruplaşması Dəməşqə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, qruplaşmanın son 24 saat ərzində 2 dəfə təşkil etdiyi hava hücumunda 7 nəfər ölüb, 42-si isə yaralanıb.
Rusiyanın Suriya Atəşkəsə Nəzarət Mərkəzinin rəhbəri general Yuri Yevtuşenko Ceyş əl-İslam qruplaşmasının yeni lideri Əbu Qasımın vətəndaşların Duma şəhərinə köçürülməsinə icazə vermədiyini bildirib.
Qeyd edək ki, SANA bu hücumların qarşısını almaq üçün Suriya ordusunun Şərqi Qutanın Duma şəhərində Ceyş əl-İslam qruplaşmasına qarşı hərbi əməliyyata başladığını