İcra Hakimiyyətinin yaxınlığında quraşdırılan yolka yandı - FOTOLAR


Bərdənin mərkəzi küçəsində quraşdırılan Yeni il ağacı yanıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə gecə Bərdə Rayon İcra Hakimiyyəti binasının yaxınlığında baş verib.
Yeni il münasibəti ilə quraşdırılan şam ağacının yandığını görən şəhər sakinləri Fövqəladə Hallar Nazirliyinə məlumat verib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını alıblar. Yanğının başvermə səbəbi araşdırılır.


Tarix: 27-12-2021, 22:30
Xəbəri paylaş





Xəbər lenti