Ukraynada xəstəxananın reanimasiya şöbəsində partlayış olub, ölənlər var



Ukraynanın İvano-Frankovsk vilayətində Kosovo Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində partlayış baş verib.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində iki nəfər ölüb.
Partlayışın hansı şəraitdə baş verdiyi araşdırılır. Xilasedicilər, 8 təcili tibbi yardım briqadası və regional səhiyyə idarəsinin nümayəndələri hadisə yerinə cəlb edilib.
Tarix: 29-12-2021, 08:44
Xəbəri paylaş





Xəbər lenti