“Alov qüllələri”nin qarşısında partlayış olub, xəsarət alanlar var



Bakıda partlayış olub.

Siam.az-ın məlumatına görə, hadisə Səbail rayonunda, “Alov qüllələri”nin qarşısında qeydə alınıb.

Orada yerləşən çəndə partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.


APA
Tarix: 30-12-2021, 16:01
Xəbəri paylaş





Xəbər lenti