Ağdamda ekskovator minaya düşüb



Sürücü xəsarət almayıb
Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir ləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşməsi nəticəsində ekskovatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.
Ağdam Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Tarix: 31-12-2021, 17:00
Xəbəri paylaş





Xəbər lenti