Zaqatala sakini öz evini yandırıb



Bayram axşamı Zaqatalada 36 yaşlı kişi yaşadığı evi yandırıb. Hadisə dekabrın 31-i saat 23 radələrində rayonun Mosul kəndində baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini Tərlan Roşan oğlu Gülmmədova məxsus ümumi sahəsi 81 kv/ m olan, kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin ( FHN) Zaqatala rayon Dövlət Yanğlndan Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin araşdırma zamanı evin sahibi Tərlan Gülməmmədov tərəfindən qəsdən yandırıldığı məlum olub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Tarix: 1-01-2022, 08:55
Xəbəri paylaş





Xəbər lenti