Elektrik enerjisi kəsildi, əsəbiləşən icra başçısı konserti yarımçıq tərk etdi...

Elektrik enerjisi kəsildi, əsəbiləşən icra başçısı konserti yarımçıq tərk etdi...
Ağsu rayonunda Yeni illə bağlı açıq havada keçirilən konsert proqramı yarımçıq qalıb.
 
Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
 
Bildirilib ki, proqramın izləyiciləri arasında rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov da olsa da, qəfildən elektrik enerjisinin kəsilməsi konsertin dayanmasına səbəb olub.
 
Bundan əsəbiləşən başçı isə konsert meydanını tərk edib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə dəfələrlə rayon ərazisində elektrik enerjisi problemləri ilə bağlı məsələ qaldırılıb.


Tarix: 2-01-2022, 10:13
Xəbəri paylaş





Xəbər lenti