Belarusda yol qəzası - 40-dan çox rusiyalı xəsarət alıb



Xəsarət alanların arasında 4 uşaq var
Belarusun Vitebsk vilayətində rusiyalı turistlərlə dolu avtobus minik avtomobili ilə toqquşub.
AYNA xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, insident M-8 avtomobil yolunun 120-ci kilometrliyində baş verib. “Renault”un sürücüsü ötmə əməliyyatı edərkən qarşı zolaqla hərəkət edən ekskursiya avtobusu ilə toqquşub.
“RİA Novosti”nin məlumata görə, hadisə nəticəsində 41 rusiyalı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 6-sı ağır vəziyyətdədir. Xəsarət alanların arasında 4 uşaq var. Ümumilikdə avtobusda 42 nəfər olub. Onlardan 41-i ekskursiyaya gəlm rusiyalılardır. Avtobusun sürücüsü də xəsarət alıb. 
“Renault”un sürücüsü – Moqilyov vilayətinin Kriçyov şəhərinin 31 yaşlı sakini həyatını itirib.
Tarix: 4-01-2022, 08:44
Xəbəri paylaş





Xəbər lenti