Qazaxıstanda pərakəndə satıcılara 60 milyon dollar ziyan dəyib




Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində pərakəndə satıcılara ciddi ziyan dəyib.

Bizim.Media Ticarət Şəbəkələri İttifaqına istinadən xəbər verir ki, dəymiş ziyanın məbləği təxminən 60 milyon ABŞ dolları təşkil edir.

Yanvarın 5-də yeni ilin ilk günlərində başlayan etiraz aksiyaları talan və dövlət qurumlarına hücumlarla müşayiət olunan iğtişaşlara və talanlara çevrilib. Nəticədə mindən çox insan yaralanıb, ölənlər var.
Tarix: 6-01-2022, 16:47
Xəbəri paylaş





Xəbər lenti