Bakının mərkəzində 21 şam ağacı kəsilib


Ağacların kəsilməsi ilə bağlı toplanan materiallar Baş Prokurorluğa göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Məclisin eks-deputatı Nəriman Əliyevin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacları kəsməsinə münasibət bildirib. 
AYNA-nın xəbərinə görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlamasında bildirib ki, ağacların kəsilməsi ilə bağlı müraciət əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib: “Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. Ərazidə 21 şam ağacının kəsildiyi müəyyənləşib. Faktla bağlı akt tərtib olunub”.
Tarix: 6-01-2022, 21:49
Xəbəri paylaş





Xəbər lenti