ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törətdilər



ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib. 
“Ötən gecə erməni radikalları erməni terrorçu Qurgen Yanikyanın fotosunu konsulluğun binası qarşısından asıblar. Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatlarını qətlə yetirib. Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, Los-Angelesin Federal Təhqiqat Bürosunu və Los-Anceles polisini bu məsələni araşdırmağa çağırırıq”, - baş konsul bildirib. 
Qeyd edək ki, Qurgen Yanikyan 1973-cü ildə Kaliforniyada Türkiyənin baş konsulu və onun müavinini öldürüb. O, 1984-cü ildə Kaliforniyanın erməni qubernatoru Deukmejian tərəfindən əfv edilib. Onu milli qəhrəman hesab edən Ermənistan Yanikyanı 2019-cu ildə İrəvanda fərqlənmə diplomu ilə təltif edib. Yanikiyan 1970-1990-cı illərdə 40-dan çox türk diplomatı və onların ailə üzvlərini öldürəcək iki erməni terror təşkilatının - JCAG və ASALA-nın yaradılmasına ilham verib. Lakin Ermənistan onu və digər terrorçuları öz milli qəhrəmanları kimi vəsf edir.
Tarix: 11-01-2022, 23:10
Xəbəri paylaş





Xəbər lenti