Bakıda xəstə baş həkimin otağına benzin tökərək od vurdu - Yenilənib

bakida-xeste-bas-hekimin-otagina-benzin-tokerek-od-vurdu
Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Siam-az.com APA-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.
Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, 9 saylı poliklinikada baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün təxminən saat 14:15 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 9 nömrəli Şəhər Poliklinikasında yanğın qeydə alınıb:
“Dərhal hadisə yerinə çağırış üzrə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və təcili tibbi yardım briqadası cəlb edilib.
Yanğın qısa müddət ərzində söndürülüb. Xəsarət alan yoxdur. 
Yanğını törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır”.
Tarix: 9-07-2024, 17:20
Xəbəri paylaş





Xəbər lenti