Xətaidə növbəti yaşıl soyqırım-Ağaclar kəsilir,yerində obyekt tikiləcək….-Fotofakt
Aşağıda göstərilən şəkillərdən göründüyü kimi Xətai rayonu Neapol küç.11-də ağaclar yerindədi, amma əraziyə ağır texnika gətirilib ki, ağacları məhv edilib qazıntı işləri aparılaraq obyekt tikilsin.XALQ.AZ-a məlumat verən sakinlər bildiriblər ki, həmin ərazidə ağacları özləri əkiblər, uşağlar üçün kiçik meydança düzəldiblər,amma hal-hazırda artıq orada Xətai rayon Icra Hakimiyyətinin başçısı Rafiq Quliyevin xeyr duası ilə obyekt tikilməsi planlaşdırılır.
Xətai rayonu ərazisində
bu hal ilk dəfə deyil. Mütəmadi mətbuatda
qeyd olunur ki, ağaclar kəsilir gecə vaxtı
qanunsuz tikinti
işləri aparılır.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müşavirə zamanı Rafiq Quliyevə
ciddi xəbərdarlıq etməsinə baxmayaraq rayon ərazisində ağaclar kəsilib yerində qanusuz tikinti işləri davam etdirilməkdədir.
Bəs görəsən bu qədər sağlam yaşıl ağacların məhv olunmasından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yaşıllaşdırma təsərrüfat birliyinin xəbəri var mı? Əgər məlumatları yoxdursa biz bildiririk. Hansı tədbirlər görüləcəyi ilə bağlı araşdırmalarımız zamanı məlum olacaq.
Qeyd edək ki, Rafiq Quliyev 2019-cu ildən Xətair Rayon İcra Hakimiyyətinin başçısıdır.
Bu məsələlərlə bağlı Xətai icra hakimyyətindən açıqlama almaq mümkün olmadı.
Tarix: 2-08-2024, 12:42