Məsut Özilə nə olub?
“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin səhhətində problem yaranıb.Qol.az-ın “Mirror”a istinadən yaydığı xəbərə görə, Almaniya millisinin türkəsilli oyunçusu xəstələndiyi üçün bu gün komandasının 2017-ci ildəki ilk oyununu – “Kristal Pelas”a qarşı matçı (2:0) buraxmalı olub.
Onun növbəti matçlarda oynayacağı bildirilir.
Tarix: 2-01-2017, 09:42