Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını Olimpiyadaya buraxmayacaq

Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını Olimpiyadaya buraxmayacaq
Beynəlxalq Olimpiya Komitəsi Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarına Lozanna İdman Arbitraj Məhkəməsində ömürlük uzaqlaşdırma ittihamına bəraət almış 13 rus idmançı və iki məşqçinin buraxılmasından imtina edib.

“Komissiya razılaşıb ki, İdman Arbitraj Məhkəməsinin qərarı dopinq şübhələrini aradan qaldırmayıb və komissiyaya 13 idmançının təmiz hesab edilməsi üçün kifayət qədər əsas verməyib”, Beynəlxalq Olimpiya Komitəsinin bəyənatında bildirilir.Fevralın 1-də Lozannada İdman Arbitraj Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsinin barələrində Olimpiyadan ömürlük uzaqlaşdırma və Soçi Olimpiyadasının nəticələrinin ləğvi ilə razılaşmayan 28 rusiyalı idmançının appelyasiya müraciətini təmin etmişdi.

İdman Arbitraj Məhkəməsi hesab edir ki, Beynəlxalq Olimpiya Komitəsinin sözügedən idmançılarla bağlı əldə etdiyi məlumatlar onların antidopinq qaydalarını pozmadığını dəqiqliklə deməyə kifayət etmir.

Beynəlxalq Olimpiya Komitəsi bu qərarın 28 idmançının günahsız olduğunu göstərmədiyini bildirib və xatırladıb ki, Rusiya İdman Komitəsi hələ də Pxençxanda keçiriləcək Olimpiya Oyunlarından uzaqlaşdırılıb. Əlavə edilib ki, Rusiyalı idmançıların Cənubi Koreyaya səfəri üçün xüsusi dəvətnaməyə ehtiyac var.

Qış Olimpiya Oyunları fevralın 9-da Pxençxanda başlayacaq. Rusiya Olimpiyadaya 389 idmançının göndərilməsi üçün müraciət etsə də onlardan yalnız 169-u dəvətnamə alıb.

Dəvət edilmiş rusiyalı idmançılar Olimpiyadada Rusiya bayrağı altında yox “neytral” qismdə iştirak edəcəklər və “Rusiyadan gəlmiş olimpiyaçılar” kimi tanınacaqlar. (BBC azeri)
Tarix: 6-02-2018, 09:07
Xəbəri paylaş





Xəbər lenti