Rusiyadakı dünya çempionatı bildiyimiz möcüzəli nağıllara bənzəməyəcək-“Focus”

 “Korrupsiya, dopinq, aqressiv futbol azarkeşləri, danışılmış oyunlar!
Rusiyada keçiriləcək dünya çempionatı əslində böyük bir tamaşaya çevrilməlidir.
Lakin bu tamaşa yaraşıqlı fasadın altındakı əsl həqiqətləri ört-basdır edə bilmir”.

Bu cümlələr Almaniyanın “Focus” siyasi məcmuəsində, yazar Tomas Hayder tərəfindən yazılan məqalədə yer alıb.
“Bu gün hamıya gün kimi aydındır ki, hər kəslə müharibə aparan və başqa bir ölkənin ərazisinə təcavüz edən Rusiya kimi bir dövlətə bu cür mötəbər yarışın verilməsi fəlakətli səhv olub”. Bu sözləri isə hələ 3 il bundan qabaq Polşa futbol federasiyasının prezidenti Zbiqnev Bonek deyib.
Müəllif Hayder 3 ildən bu yana Rusiyada yaxşı heç nə dəyişmədiyini qeyd edir.
 
“Korrupsiya Rusiyada rusları beşikdən qəbrə qədər müşayiət edən gündəlik həyat normasıdır. Məsələn, xəstəxanada birçarpayılıq palatanı da, arzu olunan yerdə qəbir torpağını da yalnız rüşvətlə almalı olursan”.
Müəllif hələ 2010-cu ilin dekabrında, yəni çempionatın Rusiyaya verilməsi məlum olduqda səslərin rüşvətlə alındığı barədə şübhələrin ortaya çıxdığını yazır.
Daha sonra məlum olub ki, FİFA icraiyyə komitəsinin üzvü, “Petrolina” neft konserninin rəhbəri, kiprli Mario Lefkaritis nəticələr elan olunmazdan bir neçə həftə qabaq FİFA-nın uzun müddətli sponsorlarından sayılan “Qazprom “şirkəti ilə olduqca əlverşli saziş imzalayıbmış.
 
Bundan başqa, Rusiya futbolu dopinq böhranı ilə boğuşur. Rusiyanın idman funksionerləri milli yığmada olan futbolçuların müsbət dopinq testlərini gizlətməkdə günahlandırılır.
Hayder korrupsiya və dopinqə əlavə olaraq Rusiya futbolunun 3-cü ən böyük bəlasının danışılmış oyunlar olduğunu qeyd edir. 4-cü əsas problem isə özlərini olduqca aqressiv aparan futbol fanatlarıdır.
 
Bu ilin əvvəlində BBC “Russia’s Hooligan Army” adlı verilişdə rus fanatlarını danışdırıb. Burada gənc insanlar dünya çempionatını “zorakılıq festivalı”na çevirəcəklərini söyləyirlər.
Hayderin yazdığına görə, hər 4 rusiyalıdan biri dünya çempionatının özündə belə danışlımış oyunların olacağını ehtimal edir. Onlardan 9%-i buna çox əmin olduğunu söyləyir.
Tarix: 6-06-2018, 16:41
Xəbəri paylaş





Xəbər lenti