Putin həqiqətən dünya çempionatını alıbmı? - FTB müəmmalı susqunluğunu qoruyur...

 “Oyunçular meydanda qaydanı pozduğu zaman hakim fit çalır. Lakin dəyəri milyardlarla ölçülən futbol üzrə çempionatını keçirmək üstündə oliqarxlar və siyasətçilər eyni əməli törətdikdə isə özlərini toxunulmaz hesab edir, heç kimin onları məsuliyyətə bəlb edə bilməəcəyini düşünürlər”, - ABŞ-ın “The Daily Beast” qəzetinin məqaləsi bu cümlələrlə başlayır.
Məqalə müəllifi Niko Hayns Rusiya prezidentinə yaxın oliqarx təbəqənin də eyni əhval-ruhiyyədə olduğunu qeyd edir.
“Lakin ABŞ-ın hüquq mühafizə orqanları bu işi heç də sakit şəkildə axarına buraxmır, üstəlik bizim məhkəmə sistemimiz unutqanlıqdan əziyyət də çəkmir”, müəllif yazır.

Məqalədə yazıldığına görə, FTB futbolda baş verən korrupsiyaları araşdıran bir şəxsi yardım məqsədilə yenidən işə cəlb edib.
Söhbət Bpyük Britaniya xarici kəşfiyyatının (Mİ-6) keçmiş əməkdaşı Kristofer Stildən gedir.
Buna qədər Kristofer Stil ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlantılarını təhqiq edib. K.Stil Britaniya kəşfiyyatındakı işini tərk etdikdən sonra FİFA-dakı qaranlıq əməllərin ifşa olunmasına girişib və əldə etdiyi məlumatları FTB-yə ötürtüb.
Kristofer Stilə bu işdə BBC-nin əməkdaşı, FİFA və Beynəlxalq Olimpiya Komitəsindəki korrupsiya qalmaqallarını üzə çıxarmaqla məşhurlaşmış jurnalist Endryu Cenninqs də kömək edib.
2009-cu ildə İngiltərə Futbol Assosiasiyası Kristofer Stilə DÇ-2018-in keçirilməsi ilə bağlı müraciətlərin verilməsi və hazırlanması prosesini araşdırmağı tapşırır. Əslində həmin vaxt, çempionatın İngilltərədə keçiriləcəyindən heç kim şübhə etmirmiş. Lakin tezliklə Rusiyanın bu məsələdə ciddi rəqibə çevrildiyi, Kremlin bununla əlaqədar qərar qəbul edən 22 yüksək rütbəli futbol məmuruna hər cür yolla təsir edə biləcəyi xəbərləri gəlməyə başlayıb.
Cenninqsin sözlərinə görə, Kristofer Stilin başı sonradan Tramp dosyesinə qarışsa da o təhiqaqıtını kəsməyib.
Bu ilin yanvar ayında isə “The New York Times” qəzeti ABŞ Nyu-York Şərq dairəsi məhkəməsinin işlə əlaqədar xüsusi araşdırmağa başladığı barədə xəbər yayıb. Qəzetin yazdığına əsasən şübhəli tərəflərdən biri “Helios Partners” adlı firma imiş.
Belə ki Helios şirkəti Rusiyanı həm 2014 Soçi Qış olimpiadasını, həm də 2018-ci ildəki futbol üzrə dünya çempionatını əldə etmək üçün konsultant rolunu oynayıb.
Məsələ ilə əlaqədar rusiyalı qanqster, “Tayvançik” ləqəbli Alimjan Toxtaxunov haqqında ayrıca dosye açılıb. Toxtaxunov rejimin idman korruspiyası sahəsində əsas silahlarından sayılır.
Musavat.com
Tarix: 24-06-2018, 10:46
Xəbəri paylaş





Xəbər lenti