“Qarabağ” Suriya millisi ilə bacarmadı

 Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlıq çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
Yenicag.az xəbər verir ki, Ağdam klubu bu dəfə Suriya yığması ilə qarşılaşıb. Qurban Qurbanovun çalışdırdığı kollektiv bu dəfə meydanı minimal hesabla məğlub tərk edib – 0:1.
“Qarabağ” Avstriyadakı əvvəlki yoxlama oyunlarında “Ludoqorets”lə (Bolqarıstan) 1:1, yerli “Vakker İnsbruk”la 0:0 hesablı heç-heçəyə razılaşmışdı.
“Qarabağ” bu oyuna aşağıdakı heyətlə çıxıb: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 91. Coşqun Diniyev.
Tarix: 1-07-2018, 08:13
Xəbəri paylaş





Xəbər lenti