“Dağlıq Qarabağ Azərbaycan torpağıdır, amma...” – “Marca” təxribatdan yazdı
İspaniyanın "Marca” nəşri Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən "Düdelanj” – "Qarabağ” (1:4) matçında baş verən təxribat barədə məqalə hazırlayıb."Marca” oyunun 31-ci dəqiqəsində drona və onun üzərində olan qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağının meydana daxil olmasını bu cür şərh edib:
"Siyasəti yenidən idman oyunlarında gördük. Yenidən siyasi səbəblərlə oyun yarımçıq dayandırıldı. "Qarabağ”ın "Düdelanj”a vurduğu ikinci qoldan sonra Lüksemburqun "Jozi Bartel” stadionunun üzərindən uçan drona və bayrağa görə hakim oyunu dayandırmalı oldu. Azərbaycan komandası topla drona zərbə vuraraq onu yerə endirməyə cəhd göstərdi. Dağlıq Qarabağ əslən Azərbaycanın torpağıdır, amma 30 ildən çoxdur ki, Ermənistan qoşunları tərəfindən hərbi yolla işğal olunub. Sözügedən hadisədən sonra Ağdam təmsilçisi oynamaqdan imtina etdi. Çünki bu komanda Ağdam şəhərini təmsil edir və hazırda münaqişə səbəbindən yalnız Ermənistan tərəfindən tanınan bir respublikanın əlində qalıb. Təxribat səbəbindən görüş 15 dəqiqədən sonra qaldığı yerdən davam etdi. "Qarabağ”ın kapitanı Rəşad Sadıqov dron meydanı tərk etdikdən sonra azərbaycanlı azarkeşlərə yaxınlaşaraq onlarla danışdı və sakit olmağa səslədi”.
Tarix: 5-10-2019, 14:18