Dunqadan Braziliyaya böyük yardım
Ötənlərin məşhur futbolçusu Dunqa nəcib addımı ilə gündəmə gəlib.
Sport7.az xəbər verir ki, 1994-cü ildə dünya çempionu olan Braziliya millisinin kapitanı ölkəsinə 10 ton qida yardımı edib. Bundan başqa xeyirxah futbolçu 2 min körpə üçün uşaq bezləri də alıb.
Dunqanın bundan əvvəl də bir neçə dəfə xeyirxah addımlarla gündəmə gəldiyini də Braziliyada xüsusiylə vurğulayırlar.
Xatırladaq ki, Dunqa 2006-2010-cu illərdə ölkəsinin millisini də çalışdırıb.
Tarix: 5-04-2020, 09:36