“PSJ”nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe dünyanın ən sürətli futbolçusu adını alıb.
“Le Figaro” dərgisi xəbər verir ki, futbolçu meydanda saatda 36 kilometr sürət yığa bilir.
İkinci yerdə “Atletik”in hücumçusu İnyaki Uilyams qərarlaşıb. O, saatda 35,7 kilometr sürətlə qaçmağı bacarır.
Üçüncü yerin sahibi isə “Arsenal”ın forvardı Pyer-Emerike Obameyanq olub.