Nəhayət, Azərbaycan futbolunda da canlama başladı. Üç aya yaxındı ki, yerli xəbər sarıdan "aclıq çəkən” idman mətbuatının gündəmi yerli xəbərlərdi. Həqiqətən bizlər - mətbuat üçün də uzun fasilə oldu. Durğunluqdan istifadə edib futbolumuzun meydanalara qayıdışından sonra görüləcək işlərlə bağlı planlaşdırmalar aparanlar da az deyildi. Təkcə biz yox, elə klub fuksionerləri, futbol başbilənlərimiz üçün də keçərlidi bu fikir.
Yəni deməyim odu ki, pandemiya bizə fikirləşməyə, ölçüb-biçməyə kifayət qədər zaman tanıdı. İşinin perspektivini düşünən hər kəs bunu etdi. Mən belə düşünürdüm, amma...
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun "CBC Sport”un "Bizim futbol” verilişində səsləndirdiyi fikirlərdən sonra deyiləcək söz qalmır. İnsan bu qədər vaxtı vəzifəsini məşğul etməklə məşğuldu. Sirr deyil ki, Azərbaycan futbolunun strateji qurumunda cənab Məmmədov fövqəlsəlahiyyətə malikdi. Di gəl, bu müddətdə futbolumuzun strategiyasının "s”i qədər də düşünməyib, səhvlərindən daşınmayıb. Necə deyərlər, köhnə hamam, köhnə tas. Qənaitim sözügedən verilişdə "vəzir”in dediklərindəndi. Aydın olur ki, vitse-prezidentin bu müddətdə işi - gücü, arzu-niyyəti yarımçıq qalmış danışıqlarını bərpa etmək imiş. Səhv ya da düz, dəxli yoxdu. Cənab öz bildiyini ictimaiyyətə "yedirtmək” istəyir, vəssalam!
Təəssüf ki, futbolun içindən çıxan, azdan-çoxdan bu sahəyə bələd olan Məmmədovun ətrafındakı "marionetkalar” da susur. Susmalıdılar da! Çünki, adları üstlərindədi.
Səhvləri biz deyək:
Elxan Məmmədov üç məşqçi ilə danışıqların davam etdiyini deyir. Şübhəsiz, bu üçbucağın bütün bucaqları əcnəbilərdi. Futbolu bilən yox e, bu idman növü ilə az maraqlanan da əmindi ki, özünə hörmət edən əcnəbi məşqçi milyondan aşağı məbləğə müqavilə bağlamaz. Özü də neft ölkəsinə gələn... Söhbət ya dollar, ya da avrodan gedir. Bu da Məmmədovun dəyərini bilmədiyi manatımızla təqribən 2 milyon edir. Gələn məşqçi yanında azı iki nəfər də gətirəcək. AFFA-nın onlar üçün dəbdəbəli otel və ya ev kirayələməsi 2, 5 milyon manatdan da çox para deməkdi. Hələ bu, minimal təxminimdi.
İndi Məmmədovun Gəncə və Tovuz klublarının Premyer Liqaya yüksələ bilməməsinin səbəbini necə izah etməyə çalışdığına diqqət edək: "Lisenziya ilə bağlı əsas meyarlar infrastruktur və maliyyə məsələləridi. Əvvəlki təcrübə göstərdi ki, maliyyə meyarlarına göz yumsaq, çempionat gedə-gedə onların sayı azala bilər. Planda 10 komanda var idi. Amma indiki vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, növbəti mövsümdə yüksək dəstədə 10 komanda olmayacaq. Stabilliyi qorumalıyıq. 8 komandalı çempionat keçiriləcək".
Bu dəmdə bir sual yaranır: Olmazmı ki, 2,5 milyonu əcnəbilərə yox, bölgə klublarına dəstək üçün xərcləyək?
"Milli necə olsun” soruşsanız...
"Yaxın 4-5 ildə gətirəcəyiniz əcnəbilər bizə hansı uğuru qazandıra bilər” deyirəm.
Yığma bütün hallarda, yerli məşqçiyə tapşırılmalıdı. Bölgələr böyük futbola qayıtmalıdı. Çempionatda rəqabət artmalıdı. AFFA tərəfindən ideal plan hazırlanıb dövlətə təqdim olunmalıdı. Çıxış yolu budu!
Dövlətin pulunu tək qafayla idarə etmək olmaz! Yanlışdı!
İndiki durumda 2-3 milyonu əcnəbilərin vasitəsi ilə Azərbaycandan çıxartmaq SƏHVDİR!!!
İqtisadi SABOTAJDIR!!!
Mətbuat olaraq buna göz yuma bilmərik. Güman ki, gəncəli və tovuzlu idmansevərlər də bizi tək qoymaz. Elxan Məmmədovun özbaşnalığına "DUR!” deyilməsi üçün aidiyyatı qurumlara, lap dövlət başçısına belə müraciət edəcəklər.
Tək əldən səs çıxmaz!
Əli Sahib
https://azfakt.com/_zba__nal_q_ve_iqtisadi_sabotaj_-_elxan_memmedov_niye_ecnebileri_besleyir_-89548-xeber.html
Tarix: 4-06-2020, 16:10