Fransanın “Lill” klubunun azarkeşləri futbolçuları Burak Yılmazın maşınını saxladaraq ona sevgililərini ifadə ediblər. Qol.az xəbər verir ki, komandanın bazasının qarşısına yığışan fanatlar bu zaman onlar kütləvi şəkildə “Burak, Burak” şüarı səsləndiriblər. Qeyd edək ki, Burak Yılmaz bu mövsüm 30 matçda 15 qol vurub (13-ü Liqa 1, 2-sini Avroliqada). Əlavə edək ki, “Lill” hazırda PSJ-ni bir xal qabaqlayaraq 76 xalla turnir cədvəlinə liderlik edir. Komanda 36-cı turda “Lans”la qarşılaşacaq.